Fransada daha bir satirik jurnal terror təhlükəsi ilə üzləşib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Canard enchaine” jurnalının bu gün işıq görən sayında redaksiyaya yanvarın 8-də daxil olan təhdid dolu məktubun mətni dərc olunub. “İndi növbə sizindir” deyə yazan məktubun müəllifi jurnal əməkdaşlarını balta ilə öldürəcəyini bildirib. Məsələ ilə əlaqədar “Canard enchaine”nin redaksiyasında polis mühafizəsi gücləndirilib. Fransa prokuroru isə istintaqın başlanılması ilə bağlı göstəriş verib.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info