İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 OKTYABR
18:00 Türkiyədə müalicə alan Naibə Allahverdiyevadan xəbər var
17:56 Alimlər cırtdan qalaktikaların böyüməsinə əngəl olan səbəbi müəyyən ediblər
17:47 UŞAQLAR EV İŞLƏRİNDƏ SİZƏ NİYƏ KÖMƏK ETSİN – 5 SƏBƏB
17:38 “Bu haqda danışmağa utanıram“ – Ailə qurmağa hazırlaşan Sevda Yəhyayeva
17:29 “Onunla bu yola başladım” - Zülfiyyə 52 yaşında
17:14 Qozlu peçenye
17:04 “Mən də qardaş həsrəti yaşayıram“ - İfaçı efirdə ağladı
17:00 Fransızsayağı balıq
16:43 Mərakeşdə dünya çempionatında 11 cüdoçumuz mübarizə aparacaq
16:31 Şahmatçılarımızın “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turundakı rəqibləri müəyyənləşib
16:22 Qoz və kişmişlə kəsmikli peçenye
16:12 Sobada içi doldurulmuş göbələk
16:03 Dünyanın ən güclü elektrikli balığı tapıldı
16:00 Dadlı və ləziz toyuq kotletinin resepti
15:44 “Qarabağ“dan 3 futbolçu – UEFA açıqladı
15:35 “Liverpul“un futbolçusu “Ginnesin rekordlar kitabı“na düşdü
15:28 Azərbaycanlı aparıcı məşhur futbolçunun arvadı ilə bir arada
15:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE
14:47 Xurmanın çoxsaylı faydaları
14:35 Gül kələmi. Azkalorili və çox faydalı tərəvəz
14:24 Nişasta maskaları ilə cavanlaşın! RESEPTLƏR
14:12 İtaliya millisi rekordunu yenilədi - 81 ildən sonra
14:00 “Tozsoran şirə” – Gündə 1 stəkan və sən tərtəmizsən
13:47 Modriç “El-Klassiko“ və “Qalatasaray“la oyunu buraxacaq
13:32 13 il əvvəlki şəklini paylaşdı, tanımadılar
13:25 Başın ağrıyırsa, bunları et
13:12 Çox və dayanmadan əsnəyirsiz? - Təhlükəli əlamətlər
13:00 NASA-nın alimləri: Yerdə həyatın yaranmasında...
12:47 4 milyonluq maska alıcısını TAPDI
12:39 “Maşın“ın ilk final gecəsi baş tutdu
12:25 Heyvanın faydası haqqında
12:16 Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı
10:26 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:05 Atəşkəs pozulub
15 OKTYABR
18:00 Yupiter böyüklüyündə “yad” planet kəşf olunub
17:48 Zehni gücləndirən FAYDALI QİDALAR
17:37 Nar qabığının MİN BİR FAYDASI
17:22 Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85605)
2 PRESS-ANONS (34735)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31316)
4 Banan qabığı təbii məlhəmdir (29405)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28780)
Tarixçi alim Kaspi Liseyində “Milli Yaddaş - tariximiz”dən danışdı
Tarix: 16.01 | Saat: 13:06 | E-mail | Çapa göndər

Bu gün Kaspi Liseyində “Milli Yaddaş - tariximiz” adlı layihəyə start verildi. AZADİNFORM xəbər verir ki, Kaspi Liseyin 5-9-cu sinif şagirdləri və müəllimlərinin qatıldığı ilk tədbirin qonağı isə AMEA-nın Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, millət vəkili Yaqub Mahmudov oldu. Tədbirdə Kaspi Liseyin Yaqub Mahmudov haqqında hazırladığı film nümayiş etdirildi. Tədbiri açıq elan edən Kaspi Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyeva layihənin məqsədi barədə məlumat verdi: “Azərbaycanın tanınmış, öz sahələrində peşəkar olan görkəmli şəxsiyyətləri ilə liseyin şagirdləri arasında görüş keçirmək, şagirdlərə onları tanıtmaq və həmçinin şagirdlərin bu şəxsiyyətlər tərəfindən öz sahələri barəsində məlumatlandırılmasına nail olmaqdır”. Sona Vəliyeva professor Yaqub Mahmudov Azərbaycanın canlı enisklopediyası adlandırdı: “Yaqub Mahmudov Azərbaycanın böyük vətəndaşıdır. Professor milli ziyalı kimi Azərbaycan taixi üçün enisklopediya yaradıb”. S. Vəliyeva bildirdi ki, Y.Mahmudov hələ sovet dövründə Azərbaycan tarixinin mili düşüncə zəminində araşdıran alimlərdən biri olmuşdur. Onun Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə dair yazdığı namizədlik, daha sonra doktorluq dissertasiyaları tarixşünaslığımızı zənginləşdirməklə yanaşı, onun üfüqlərini də genişləndirdi. Alimin "Səyyahlar, kəşflər, Azərbaycan", "Səyyahlar Azərbaycana gəlir", "Odlar Yurduna səyahət", "Azərbaycan diplomatiyası tarixi" kimi kitabları həm ölkəmizin siyasi tarixini öyrədən zəngin mənbə olmaqla yanaşı, özündə milli ruhu daşıyan ideoloji konsepsiyalardır. Onun hələ sovet dövründə ensiklopediyanın hazırlanması zamanı Azərbaycanın tarixi xəritələrinin tərtib edilməsi və dərci sahəsində fəaliyyəti yüksək qiymətləndirilməlidir. 2004-cü ildə Y.Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda direktor kimi fəaliyyətə başladıqdan sonra isə tarix elmimizin tədqiqatlarında və öyrənilməsində inqilabi dəyişikliklər baş verdi. Yeni konsepsiya əsasında aparılan tədqiqatlar, qadağan olunmuş mövzuların işlənilməsi tarixin ağ ləkələrini sildi və mili yaddaşımızı yenilədi. İki cilddə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının hazırlanması, İrəvan və Naxçıvan xanlıqlarının tarixinin yazılması, habelə orta məktəblərin tarix dərsliklərinin hazırlanması Y.Mahmudovun adı ilə bağlıdır. Y.Mahmudov həmçinin uzun illər Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etmiş, tarixçi kadrların hazırlanmasında öz əməyini əsirgəməmişdi. Həm alim, həm də pedaqoq kimi onun fəaliyyəti Azərbaycanın mili-mənəvi dəyərlərinin yaşadılmasına, təbliğ edilməsinə, dövlətçilik ideyalarımızın qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına hesablanmışdı. Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla, həmçinin Dövlət Mükafatı ilə təltif olunmuşdur. S.Vəliyeva bildirdi ki, Yaqub Mahmudov həmçinin "Kaspi" liseyinin İctimai Şurasının üzvlərindən biridir. Bundan sonra hər ay mili-mənəvi dəyərlərimizin təbliği ilə bağlı liseydə şagirdlərlə elm və fikir adamlarının görüşlərinin keçirilməsi planlaşdırılır. Məqsəd "Kaspi" liseyinin öz devizinə sadiq qalmasıdır – "Mükəmməl mili təhsil amalımızdır". S.Vəliyeva əlavə etdi ki, təhsil o zaman effektli və prinsipial olur ki, onun əsasında mili-ideoloji konsepsiya dayansın. Lisey məhz bu prinsipləri rəhbər tutaraq fəaliyyət göstərir. Görüşdə çıxış edən Yaqub Mahmudov Azərbaycanın qədim tarixindən başlayaraq ən yeni tarixinə qədər, ölkəmizin tarixində dönüş nöktələri olan əhəmiyyətli hadisələrdən söz açdı. Kaspi Liseyindən danışan Y.Mahmudov orta təhsillə bağlı illərdir bir ziyalı kimi xəyalında canlandırdığı təhsil sisteminin mövcudluğuna sevindiyini bildirdi: “Arzu edirəm ki, bağçadan başlanan bu təhsil sistemi, liseylə yekunlaşmasın, akademik təhsillə davam etsin, elmi laboratoriyalarla başa çatsın. Azərbaycanın gələcək qələbələri burdan – Kaspi Liseydən başlayır. Tərbiyə yerində olmayanda təhsil irəli gedə bilməz. Kaspi Lisey Azərbaycanın mayakıdır. Burada gördüklərim məni çox sevindirdi. Bu işləri qoruyun və davam etdirin”. "Müstəqilliyimiz ən böyük nailiyyətimizdir" - deyən tarixçi alim şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə geniş diqqət ayırmağa çağırdı. "Ulu öndər Heydər Əliyev deyirdi ki, biz qlobal çağırışlara cavab verməliyik, ancaq milli-mənəvi dəyərlərimizi də unutmaq olmaz. Bu, tək biz tarixçilərin yox, həm də bütün Azərbaycan vətəndaşlarının üzərinə böyük məsuliyyət hissi qoyur. Öz mili kimliyimizi qorumaq və müasir çağırışlara cavab verməyin isə yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. Kaspi Liseyi millətin ballarını məhz bu ruhda yetişdirdiyi üçün çox sevinirəm". Professor şagird və müəllimlərə səslənərək bildirdi ki, Vətəninə, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur: “Tarixinə sahib çıxan xalqı isə məğlub etmək mümkün deyil”. Professor Yaqub Mahmudov çıxışı zamanı bəzi narazılıqlarını da dilə gətirib: “Nə yazıq ki, bu gün TV-lə və bəzi ziyalılar insanlara ölkəmizin müharibə vəziyyətində olduğunu unutdurmağa çalışdılar. Müharibə şəraitində olmağımıza baxmayaraq, qonşu ölkələrin böhran içində olduğu bir vaxtda Azərbaycan inkişaf edir. Bu gün birləşməli və bu birliyin işığında Azərbaycanı qorumalıyıq. Qüruru olmayan xalq yaşamağa, yaratmağa layiq deyil, siz qürurunuza sahib çıxın”.

Xəbər 2975 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
16.09.2019
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
03.09.2019
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir
28.08.2019
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu başlanıb
27.08.2019
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 OKTYABR
14:00 PRESS-ANONS
17 Oktyabr Anons 2019
16:00 PRESS-ANONS
17 Oktyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Xurmanın çoxsaylı faydaları
16 OKTYABR  |   14:47
Gül kələmi. Azkalorili və çox faydalı tərəvəz
16 OKTYABR  |   14:35

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Qozlu peçenye
16 OKTYABR  |   17:14
Fransızsayağı balıq
16 OKTYABR  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info