Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Seymur Məmməd oğlu Nəcəfov xalasının 2001-ci il təvəllüdlü qızına (N. A) 3 bıçaq xəsarəti yetirib. Qız ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanası yerləşdirilib. Hadisəni törədən S. Nəcəfov tutulub.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info