İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 SENTYABR
18:00 Stadnik finalda - Dünya çempionatı
17:48 Daha 4 güləşçimizin rəqibi bilindi
17:35 Manana bu dəfə əri ilə FOTOlarını paylaşdı
17:24 Kivi maskasi ilə belə gözəlləşin
17:11 Əl qırışlarına sınanılmış ən effektli maskalar
17:00 Xardal maskası ilə saçlarınızı sürətlə uzadın
16:49 Yanmış saçlar üçün yumurta və aloe maskası
16:36 Şəkər tozu ilə mükəmməl gözəlliyə sahib olun
16:24 15 günə sıx və uzun saçlara belə sahib olun
16:15 Qırışlardan 1 aya tamamilə belə azad olacaqsınız
16:00 1001 dərdin dərmanı...
15:47 Biyan kökünün inanılmaz faydaları...
15:38 Gicitkəni balla qarışdırın bu xəstəlikdən xilas olun
15:27 Dəmdə qalan çayı atmayın - İnanılmaz faydaları...
15:14 Reyhan – təbiətin aptekindən gələn dərman
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:45 Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır…
14:32 Quru ənciri zeytun yağında saxlayın və... – Öskürəyə qarşı RESEPT
14:24 ÇL-in oyunları bu kanallarda
14:15 “Mən Musaya görə saçımı süpürgə etmişəm“ - Təranə Qumral danışdı
14:00 “Yemin“də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?
13:46 Vüsalə Əlizadə: “Bir gün ağlınla vicdanın arasında qalsan…“
13:39 Karbondioksiddən maye yanacaq əldə edildi
13:23 Avropanın ən böyük araşdırma parkı açılacaq
13:13 Forma dəyişdirə bilən avtonom zibil toplama cihazları
13:00 Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı
12:47 ÇL-də daha 8 oyuna hakim təyinatları açıqlandı
12:38 Çempionlar Liqasında qrup mərhələsi başlayır
12:29 “Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” - Zöhrə Abdullayeva uzun zaman sonra efirdə
12:14 Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
11:00 Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
10:48 Yasamal rayonunun bu küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
10:35 Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
10:27 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:18 Günün qoroskopu
10:08 Atəşkəs pozulub
16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80821)
2 PRESS-ANONS (34602)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30548)
4 Banan qabığı təbii məlhəmdir (29071)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26478)
Aurelia Qriqoriu: “BMT-nin tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır”
Tarix: 02.02 | Saat: 14:06 | E-mail | Çapa göndər

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu il ermənilər tərəfindən uydurma “soyqırım”ın 100 illiyinin qeyd olunacağını xatırladaraq qeyd edib ki, bu yalanın ifşa olunması və əksinə, azərbaycanlılara qarşı son iki əsrdə törədilən soyqırımların dünya ictimaiyyətinə çatdırılması məqsədilə silsilə tədbirlərə start verilir: “Artıq 200 ildir ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım davam edir. Tarixdən də məlumdur ki, ermənilər Azərbaycanın hər yerində qətliamlar törədiblər, hətta belə bir plan olub ki, bu ərazilərdən azərbaycanlılar qovulsun və ermənilər yerləşdirilsin. Son olaraq, XX əsrin ən böyük faciəsi Xocalı soyqırımını törətdilər. Bizim bu tədbirləri təşkil etməkdə məqsədimiz ondan ibarətdir k, baş verən hadisələri dünya ictimaiyyətinə çatdıraq”. ATXƏM sədri İlham İsmayılov Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, ATXƏM bu il fevralın 25-də Brüsseldə Avropa Parlamenti önündə mitinq keçirəcək: “Artıq mitinqin təşkil olunması üçün yerli qurumlara müraciət etmişik. Hər kəs, o cümlədən QHT-lər bu soyqırımın dünyaya çatdırılmasında fəal iştirak etməlidir. Çünki son zamanlar cəmiyyətdə də bu hadisələrə bir laqeydlik müşahidə olunur”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, Azərbaycan dövləti Xocalı soyqırımının tanıdılması istiqamətində əməli fəaliyyət göstərir. Onun sözlərinə görə, soyqırımla bağlı bir sıra dövlətlər ikili standartlardan çıxış edir: “Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz həllini tapacaq”. Moldova Ombudsmanı Aurelia Qriqoriu çıxışında vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələr və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir. O bildirib ki, Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır: “Mən bir Ombudsman, parlament vəkili və hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Haaqa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdır. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır”.

Xəbər 1474 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

1001 dərdin dərmanı...
17 SENTYABR  |   16:00
Biyan kökünün inanılmaz faydaları...
17 SENTYABR  |   15:47

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kivi maskasi ilə belə gözəlləşin
17 SENTYABR  |   17:24
Əl qırışlarına sınanılmış ən effektli maskalar
17 SENTYABR  |   17:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info