İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı
11:35 6 minillik tarixi olan artefakt tapıldı
11:25 Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ
11:14 Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
20 SENTYABR
18:00 Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
17:45 Yunanıstanın Krit adası
17:35 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:24 Keyta qayıtdı
17:14 Dəvə hörümçəyi
17:00 Hündürboy görünmək üçün bunları edin
16:47 Saçlarınız tökülür və tez yağlanırsa bu maskanı mütləq edin
16:39 Dərini ağardan maskalar
16:28 Saçları tez uzadan və gurlaşdıran xardal maskası
16:16 Saçlarınız tez yağlanırsa...
16:00 Saç üçün yumurtalı maskalar
15:49 “Düdelanj“dan ilk
15:38 ÇL-də həftənin ən yaxşı oyunçusu - 19 yaşı var
15:24 Son 4 sərbəst güləşçimizin rəqibi müəyyənləşdi - Dünya çempionatı
15:11 Əllərdəki qırışlara son qoyacaq maska
15:00 Ev şəraitində üzünüzə belə qulluq edin
14:46 Xardalın müalicəvi xüsusiyyətləri
14:32 Zəfəranın faydaları
14:24 Qaraqınıq bitkisinin faydaları
14:12 İspanağın bilmədiyiniz faydaları
14:00 Moruq – sağlamlıq üçün 5 resept
13:47 Nailə İslamzadənin aparacağı veriliş bəlli olub
13:36 “Bu dünya həm acı, həm də şirindir“ - Aygün Kazımova
13:27 Avroliqada həftənin rəmzi komandası açıqalandı
13:14 “Çelsi“də yeni müqavilə
13:00 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:43 “Oğlum öləndən 7 gün sonra səhnəyə çıxdım“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81465)
2 PRESS-ANONS (34635)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30636)
4 Banan qabığı təbii məlhəmdir (29112)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26778)
Azərbaycan Avronest PA-nın İrəvanda keçiriləcək sessiyasında iştirak etməyəcək
Tarix: 09.02 | Saat: 14:01 | E-mail | Çapa göndər

Azərbaycan Avronest PA-nın martın 16-18-də İrəvanda keçiriləcək 4-cü sessiyasında iştirak etməyəcək. Bu barədə APA-ya Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illərdə davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti etiraz edib, öz bəyanat və açıqlamalarında vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 23 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsi və Ermənistanın Avronest PA-ya həmsədrlik etməsi yolverilməzdir: “Azərbaycan nümayəndə heyəti eyni zamanda birmənalı şəkildə Ermənistanda keçiriləcək sessiyaların və iclasların işində iştirak etməyəcəyini bildirib. Odur ki, Avronest PA-nın plenar sessiyasının İrəvanda keçirilməsi barədə qərar Azərbaycan nümayəndə heyətinin qəti etirazlarına baxmayaraq, qəbul edilib”. E. Süleymanov diqqəti daha bir məqama yönəldib: “Avronest PA-nın 4-cü sessiyası İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində keçiriləcək. Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur. Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması faktına baxmayaraq, Avronest PA nəinki ona münasibət bildirməyib, hətta yaranmış vəziyyəti müzakirə etməyib. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi anlamına gəlir. Bu isə Avronest PA-nın İrəvanda keçiriləcək sessiyası gedişatında Ermənistanın öz maraqlarına uyğun istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir. Biz dəfələrlə, digər beynəlxalq təşkilatlarda olduğu kimi, Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi olmuşuq. Çoxsaylı səylərimizə baxmayaraq, Avronest PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın 20% Azərbaycan ərazisini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının müzakirə edilməsi mümkün olmayıb. Biz hər dəfə Avronest PA-nın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərin problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik”. E. Süleymanov deyib ki, Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda bir sıra aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən Ukraynaya yüksək səviyyəli dəstək nümayiş etdirilir: “Lakin əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilərək işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbini irəli sürməyimizə baxmayaraq, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınıb. Beləliklə, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində yaradılmış parlament təsisatı olan Avronest PA digər beynəlxalq təşkilatlar kimi işğalçı Ermənistanı öz çətiri altında saxlayır və onu Azərbaycana qarşı həyata keçirdiyi təcavüz cinayəti əməllərinə görə hər hansı sanksiyalardan və məsuliyyətdən sığortalamağa çalışır. Eyni zamanda Avronest PA 4-cü sessiyasını qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində İrəvanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti arasında yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş olur. Maraqlıdır ki, sərsəm “erməni soyqırımı”na faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırım cinayətləri törətməyə başlayıb və artıq 110 ildir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir”.

Xəbər 1485 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Razyananın faydalı xüsusiyyətləri
21 SENTYABR  |   12:24
Şüyüdün faydaları
21 SENTYABR  |   12:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
21 SENTYABR  |   12:47
Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
21 SENTYABR  |   12:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info