İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

15 NOYABR
17:36 UŞAQLARDA ÖZGÜVƏN PROBLEMLƏRİNİ NECƏ HƏLL ETMƏLİ?
17:24 “Anamla, bacımı itirdikdən sonra...“ - Nüşabə Ələsgərli
17:12 Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz“
17:00 Uşağa oyuncaq alarkən nələrə diqqət etməli?
16:44 UŞAĞI SƏLİQƏ SƏHMAN YARATMAĞA NECƏ ÖYRƏTMƏK OLAR?
16:36 UŞAQ SÖZƏ BAXMIR? BU 9 MƏSLƏHƏTƏ ƏMƏL EDİN
16:23 İDEAL VALİDEYNLİK ÜÇÜN İDEAL ÜNSİYYƏT
16:11 Dünən toy aparırdı, bu gün ana oldu
16:00 Yuri Maksimovun yeni klubu müəyyənləşdi
15:46 Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15:36 Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15:25 Qışın vazkeçilməzi olan şabalıdın FAYDALARI
15:12 Kök börəyi
15:00 Az kalorili, çox dadlı yulaflı alma
14:47 Tezbazar hazırlanan portağallı peçenye
14:39 UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
14:24 Premyer Liqamızda oyunların vaxtı açıqlandı
14:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:00 Sumaqlı, narlı kartof şorbası
13:48 Qış süfrəsinin bəzəyi: ətli balqabaq
13:39 Alma və darçınla DADLI PEÇENYE
13:22 Şokoladlı mannik. Dadlı, tez və sadə!
13:12 Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL
13:00 “Tobol“da qalıram“ - Emil Balayev
12:49 “Mənim oğlanlarım mənə qulaq asmır“ - Manafdan GÖZLƏNİLMƏZ ETİRAF
12:37 Qara ciyər – çox vacib orqandır
12:28 Nə üçün yatarkən ağzımızdan su gəlir? - Bilmədiyiniz SƏBƏBLƏR
12:11 İldə bir neçə dəfə çiban çıxaranlar – Niyə yaranır?
14 NOYABR
18:00 “Erkenci Kuş“un məşhur ulduzu Bakıya gələcək
17:47 PSJ İkardi ilə danışıqlara başladı
17:35 UŞAQLARA NEÇƏ YAŞINDAN KİTAB OXUMAQ OLAR?
17:25 Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası
17:11 Meyvə qabığı ilə gözəlləşin!
17:04 Ülviyyə getdi
17:00 UŞAQLARI NECƏ DİNLƏMƏLİ?
16:46 UŞAQLARLA DÜZGÜN MÜNASİBƏT QURMAĞIN YOLLARI
16:38 DİVARDAKI BOYA LƏKƏLƏRİNİ NECƏ APARMAQ OLAR?
16:22 UŞAĞIMIZA NECƏ SƏRHƏD QOYMALIYIQ?
16:15 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:05 Yeniyetmə voleybolçular arasında Bakı birinciliyinə start verilib

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (89538)
2 PRESS-ANONS (34862)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32068)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30311)
5 Banan qabığı təbii məlhəmdir (29625)
“Bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutacaq”
Tarix: 23.05 | Saat: 10:37 | E-mail | Çapa göndər

“Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür”. Bmm.az xəbər verir ki, bu sözləri “The Business Year: Azerbaijan - 2015” xüsusi buraxılışının təqdimat mərasimi zamanı çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, bu gün dünyanın əksər ölkələri ciddi çətinliklərlə üzləşiblər. Azərbaycan isə fəxrlə ifadə etmək olar ki, öz inkişaf modelini yaradıb: “Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də vardır ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini özlərinə cəlb edirlər. Konkret olaraq Azərbaycan haqqında danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin milli iradəyə əsaslanan siyasəti sayəsində Azərbaycan tarixi sıçrayış edib. Bakı artıq qlobal məsələlərin müzakirə olunduğu məkan kimi tanınır: “Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə III Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir”.
Əli Həsənov Avropa Oyunları haqqında da danışıb. Azərbaycanda keçiriləcək möhtəşəm tədbirlərə münasibət bildirib: “Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcəkdir. I Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülmüş və bütün işlər vaxtında başa çatdırılmışdır. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaqdır. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. Qeyd etmək istərdim ki, “The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış “The Busines Year” nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirmişdir. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin Prezidenti” elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olub”.

Xəbər 1703 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

16 NOYABR
11:00 PRESS-ANONS
16 Noyabr Anons 2019
16:00 PRESS-ANONS
16 Noyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15 NOYABR  |   15:46
Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15 NOYABR  |   15:36

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kök börəyi
15 NOYABR  |   15:12
Az kalorili, çox dadlı yulaflı alma
15 NOYABR  |   15:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info