
“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi" layihəsinin icrasına başlayacaq.
Bmm.az xəbər verir ki, layihə Azərbaycanda fəaliyyət göstərən bir qrup biznes strukturlarının nümayəndələrini Qlobal Sazişin prinsipləri üzrə maarifləndirməyi qarşısına hədəf qoyub. Azərbaycanda Qlobal Saziş prinsiplərinin iri və orta tipli şirkətlərdə təbliğ olunması yolu ilə həmin dəyərlərin onların gündəlik fəaliyyətlərində tətbiqinin genişlənməsinə nail olmaqdır. Bununla yanaşı, Qlobal Sazişi şirkətlərə Birləşmiş Millətlər Təşkilatı ilə işləməyə, dünya üzrə müəssisələr və özlərinin təşkilatları ilə təcrübələri bölüşməyə, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti qrupları ilə danışıqlar aparmağa imkan yaradır.
|