Sumqayıtda içərisində qız uşağı olan çanta tapılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı, geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olan çanta tapılaraq 1 saylı Doğum evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info