İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 NOYABR
16:00 Kivi ilə asan hazırlanan DADLI KEKS
15:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:33 Çox sadə balıq SALATI
15:23 Mirkamil uzun fasilədən sonra efirə çıxdı: “Beynim yerində deyildi“
15:12 “Şou adamından mənə gəlin olmaz“ – Nəvə həsrəti çəkən xalq artisti
15:00 Gülay ölən atasından danışıb, ağladı
14:49 Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
14:36 Bu gün futbol üzrə Azərbaycan çempionatının XII turuna start veriləcək
14:23 “Real“ Benzema ilə müqaviləni yenilədi - “Marca“
14:15 Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
14:05 Qadınları çox yaşlı göstərən saç stilləri
14:00 Pley-off mərhələsinin püşkü atılır - Avro-2020
13:45 Xoşbəxtlik pula deyil, pul xoşbəxtliyə bağlıdır
13:32 Şəxsi uğura işarə edən faktorlar
13:23 Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı
13:13 Quru dodaqlar hansı xəstəliklərə işarə edir?
13:00 Emil Balayev mövsümün ən yaxşısı seçildi
12:48 Yenidən “İmtahan”a qayıtdı
12:32 Elçin 4 övladı ilə obyektiv qarşısına keçdi
12:24 Sablya üzrə milli komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək
12:13 “Yuventus“da yeni müqavilə
10:35 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 NOYABR
18:00 Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
17:46 Məşhur aparıcı ATA OLDU
17:35 Pendir və mayonezlə BALIQ SOBADA
17:24 Kosmetik gilin istifadəsi
17:12 Pişik baxışları makiyajı - Hər zaman dəbdə olan makiyaj
17:00 Pomidorla qoyun əti
16:45 Rənglərin orqanizmə təsiri
16:36 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
16:28 Qadın güləşçilərimiz açıq Rusiya kuboku yarışında güclərini sınayacaqlar
16:15 İdeal dəriyə qovuşmaq üçün 3 maska
16:00 “Golden Boy-2019“a üç namizədin adı açıqlandı
15:43 Dişlər yaddaş funksiyasına təsir edir
15:31 Artroz (osteoartroz)
15:23 Dəri sallanmasına qarşı ən effektiv qidalar
15:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Bu da azərbaycanlı müğənninin övladları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90533)
2 PRESS-ANONS (34899)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32357)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30759)
5 Banan qabığı təbii məlhəmdir (29735)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Parisdə bir sıra görüşlər keçirib
Tarix: 05.12 | Saat: 11:27 | E-mail | Çapa göndər

Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bir sıra görüşlər keçirib. APA-nın məlumatına görə, Leyla Əliyeva dekabrın 4-də Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb. Görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin reallaşdırılması üzrə müzakirələr aparılıb. Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti və əldə etdiyi uğurlar barədə həmsöhbətinə geniş məlumat verib. Qeyd olunub ki, IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən müasir Resurs mərkəzləri gənclərin ətraf mühit sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir. Xanım Bonifert IDEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə səylərin bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, həmçinin IDEA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi olaraq vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə də görüşüb. Leyla Əliyeva təsisçisi və rəhbəri olduğu IDEA-nın həyata keçirdiyi milli və regional layihələr, eləcə də beynəlxalq tərəfdaşları barədə Riçard Kinliyə ətraflı məlumat verib. Qeyd olunub ki, cəmi 4 ildir fəaliyyət göstərən IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransı, Ümumdünya Təbiət Fondu (WWF) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) kimi aparıcı təşkilatlara üzv olub və bir çox digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub. Riçard Kinli IDEA-nın Azərbaycanda biomüxtəlifliyin bərpası və ictimai maarifləndirmə sahələrində geniş təcrübə qazandığını və bu baxımdan hər iki təşkilat arasında əməkdaşlıq üçün əlverişli zəmin olduğunu bildirib. Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü, Bakıda iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, yerli mütəxəssislər üçün təlim və treninqlərin təşkil olunması, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və s. sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.Görüşdən sonra Leyla Əliyeva COP21 pavilyonlarına baş çəkib və növbəti COP22 Konfransına ev sahibliyi edəcək Mərakeşin ekspozisiyası ilə tanış olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada Mərakeşin ətraf mühit naziri xanım Hakima El Haite ilə görüşüb. Leyla Əliyeva həmçinin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut ilə görüşüb. Görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Görüşdə Leyla Əliyeva ölkəmizdə şoran torpaqların münbitliyinin artırılması və meşə ərazilərinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Fəaliyyət göstərdiyi 4 il ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkə ərazisində ümumilikdə 5 milyondan artıq ağac əkilib. Monik Barbut UNCCD-də akkreditə olması münasibətilə IDEA-nı təbrik edib. O, UNCCD-nin əsas prioritetləri, eləcə də həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. M.Barbut, həmçinin ölkəmizdə səhralaşma və meşə sahələrinin qıtlığı probleminin həllində vətəndaş cəmiyyətinin, xüsusilə də IDEA-nın önəmli rol oynaya biləcəyini vurğulayıb. Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini də müzakirə ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə görüşüb. IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Leyla Əliyeva bildirib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir. Bu xüsusda, tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Xanım İ.Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. İ.Andersen 2014-cü ildə IUCN tərəfindən Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakını xüsusi qeyd edib.

Xəbər 1245 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
22 NOYABR  |   14:15
Quru dodaqlar hansı xəstəliklərə işarə edir?
22 NOYABR  |   13:13

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kivi ilə asan hazırlanan DADLI KEKS
22 NOYABR  |   16:00
Çox sadə balıq SALATI
22 NOYABR  |   15:33

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info