İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 NOYABR
17:33 Saçların dərmanı: qoz qabığı
17:24 Saçları sürətlə uzadan balqabaq maskası
17:11 Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
17:05 ABŞ-da uçan motosiklet ixtira etdilər
17:00 Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
16:48 Hər qidanın öz saatı var – Əti, yumurtanı, meyvəni nə vaxt yeməli?
16:35 Cökə çiçəyinin 20 faydası – Sizi çox xəstəlikdən xilas edəcək
16:23 Min bir dərdin dərmanı - QARA ZİRƏ
16:12 İdeal üz dərisinə necə malik ola bilərsiniz?
16:05 Dünyanın ən xoşbəxt xalqı məlum oldu
16:00 Kivi ilə asan hazırlanan DADLI KEKS
15:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:33 Çox sadə balıq SALATI
15:23 Mirkamil uzun fasilədən sonra efirə çıxdı: “Beynim yerində deyildi“
15:12 “Şou adamından mənə gəlin olmaz“ – Nəvə həsrəti çəkən xalq artisti
15:00 Gülay ölən atasından danışıb, ağladı
14:49 Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
14:36 Bu gün futbol üzrə Azərbaycan çempionatının XII turuna start veriləcək
14:23 “Real“ Benzema ilə müqaviləni yenilədi - “Marca“
14:15 Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
14:05 Qadınları çox yaşlı göstərən saç stilləri
14:00 Pley-off mərhələsinin püşkü atılır - Avro-2020
13:45 Xoşbəxtlik pula deyil, pul xoşbəxtliyə bağlıdır
13:32 Şəxsi uğura işarə edən faktorlar
13:23 Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı
13:13 Quru dodaqlar hansı xəstəliklərə işarə edir?
13:00 Emil Balayev mövsümün ən yaxşısı seçildi
12:48 Yenidən “İmtahan”a qayıtdı
12:32 Elçin 4 övladı ilə obyektiv qarşısına keçdi
12:24 Sablya üzrə milli komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək
12:13 “Yuventus“da yeni müqavilə
10:35 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 NOYABR
18:00 Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
17:46 Məşhur aparıcı ATA OLDU
17:35 Pendir və mayonezlə BALIQ SOBADA
17:24 Kosmetik gilin istifadəsi
17:12 Pişik baxışları makiyajı - Hər zaman dəbdə olan makiyaj
17:00 Pomidorla qoyun əti

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90548)
2 PRESS-ANONS (34899)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32357)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30759)
5 Banan qabığı təbii məlhəmdir (29735)
Azərbaycan prezidenti Çinin Sian şəhərindəki Terrakota Ordusu Muzeyi ilə tanış olub
Tarix: 09.12 | Saat: 11:39 | E-mail | Çapa göndər

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub. Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir. APA-nın məlumatına görə, dövlət başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verilib. Diqqətə çatdırıldı ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrokota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 suvari atın olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş. Məlumat verilib ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib və çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizamı düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var. Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib. İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlı dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq. Prezident İlham Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə də baxıb. Dövlət başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verilib. Qeyd edək ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər.

Xəbər 1138 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
22 NOYABR  |   17:11
Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
22 NOYABR  |   17:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Saçların dərmanı: qoz qabığı
22 NOYABR  |   17:33
Saçları sürətlə uzadan balqabaq maskası
22 NOYABR  |   17:24

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info