İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı
11:35 6 minillik tarixi olan artefakt tapıldı
11:25 Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ
11:14 Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
20 SENTYABR
18:00 Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
17:45 Yunanıstanın Krit adası
17:35 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:24 Keyta qayıtdı
17:14 Dəvə hörümçəyi
17:00 Hündürboy görünmək üçün bunları edin
16:47 Saçlarınız tökülür və tez yağlanırsa bu maskanı mütləq edin
16:39 Dərini ağardan maskalar
16:28 Saçları tez uzadan və gurlaşdıran xardal maskası
16:16 Saçlarınız tez yağlanırsa...
16:00 Saç üçün yumurtalı maskalar
15:49 “Düdelanj“dan ilk
15:38 ÇL-də həftənin ən yaxşı oyunçusu - 19 yaşı var
15:24 Son 4 sərbəst güləşçimizin rəqibi müəyyənləşdi - Dünya çempionatı
15:11 Əllərdəki qırışlara son qoyacaq maska
15:00 Ev şəraitində üzünüzə belə qulluq edin
14:46 Xardalın müalicəvi xüsusiyyətləri
14:32 Zəfəranın faydaları
14:24 Qaraqınıq bitkisinin faydaları
14:12 İspanağın bilmədiyiniz faydaları
14:00 Moruq – sağlamlıq üçün 5 resept
13:47 Nailə İslamzadənin aparacağı veriliş bəlli olub
13:36 “Bu dünya həm acı, həm də şirindir“ - Aygün Kazımova
13:27 Avroliqada həftənin rəmzi komandası açıqalandı
13:14 “Çelsi“də yeni müqavilə
13:00 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:43 “Oğlum öləndən 7 gün sonra səhnəyə çıxdım“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81465)
2 PRESS-ANONS (34635)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30636)
4 Banan qabığı təbii məlhəmdir (29112)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26778)
Afinada Xocalıya həsr edilmiş “Sonsuz dəhliz” filminin və kitabın təqdimatı keçirilib
Tarix: 24.02 | Saat: 12:34 | E-mail | Çapa göndər

Fevralın 22-də Afinadakı “İdeal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan, beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla, 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev deyib: “Azərbaycan illər boyu beynəlxalq ictimaiyyəti təsirləndirmək və Xocalıda baş vermiş mülki vətəndaşların soyqırımına gətirib çıxaran hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət verməyə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasını dünya ictimaiyyətinə çatdırılması üçün 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası başlanıb. Kampaniya Yunanıstan da daxil olmaqla, 30-dan artıq ölkədə 100 mindən artıq insanın və 100-dən artıq milli qrup və assosiasiyaların iştirakı ilə həyata keçirilib. Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından kampaniyaya dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyasi qiymətin verilməsi, təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməsi üçün vacibdir”. “Sonsuz Dəhliz”in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışaraq məlumat verib ki, layihənin ideyası onun litvalı həmkarı, hərbi jurnalist Riçard Lapaitis və rusiyalı jurnalist Viktoriya İvlevanın Xocalı qətliamında sağ qalmış iki şəxslə görüşmək üçün Azərbaycana yenidən qayıdışından sonra ortaya çıxıb. Filmin fasiləsi zamanı Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub. Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığı haqda yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”. Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir. Qeyd edək ki, 2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb. Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

Xəbər 1044 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Razyananın faydalı xüsusiyyətləri
21 SENTYABR  |   12:24
Şüyüdün faydaları
21 SENTYABR  |   12:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
21 SENTYABR  |   12:47
Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
21 SENTYABR  |   12:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info