İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI
17:00 Xatirə əri ilə şəkil paylaşıb, şayiələrə son qoydu
16:46 Elməddinin özündən hündür oğlu
16:35 Azərbaycanın “Avroviziya-2020“də iştirakı rəsmən təsdiqləndi
16:23 Damla fotoşopla başqa biri oldu
16:14 “Beşinci element” bitib?
16:00 Befstroqanov resepti
15:49 Sadə və effektli CAVANLAŞDIRICI MASKA
15:35 Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ
15:23 Qaşlar və kirpiklər üçün kosmetik maskalar
15:15 İşgüzar qarderobun 10 dəb qanunu
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU
14:38 Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
14:24 Sağlam dişlərə bu yolla sahib olun
14:13 ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı
14:00 Çox səyahət edən uşaqlar daha uğurlu olurlar
13:48 Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb
13:39 Varlı olmağa mane olan 6 vərdiş
13:25 Bir milyonçuya görə uğurlu insanın 3 gizli keyfiyyəti
13:11 Taxtadan retro “Mercedes“ hazırladı
13:00 “Qarabağ”dan iki rekord
12:46 Mövsümdə ilk
12:35 Xatirə İslam HİCAB BAĞLADI
12:22 “Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”
12:12 Murat Boz peşman oldu
12:00 Salyanda yaşayan aztəminatlı ailələrin övladları məktəb ləvazimatları ilə təmin olunublar
11:12 Bakı məktəblərində “Bilik günü” qeyd olunub
11:00 Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
10:45 Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb
10:38 Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
10:28 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb
10:06 Atəşkəs pozulub
14 SENTYABR
13:00 Saç telini qalınlaşdırmaq üçün belə edin
12:47 Mixəyin müalicəvi təsirləri
12:38 “Barselona” ciddi itki var – 6 həftə oynamayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80572)
2 PRESS-ANONS (34594)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30545)
4 Banan qabığı təbii məlhəmdir (29061)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26408)
Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib
Tarix: 11.03 | Saat: 13:46 | E-mail | Çapa göndər

Bu gün “Hilton” orelində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə Assosiasiya tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. "Ötən illərdə Azərbaycan futbolunda böyük işlər görmüşük. Keçən ilin əlamətdar hadisələrindən biri də Bakı Avropa Oyunlarının keçirilməsi oldu. Ölkə başçısı cənab İlham Əliyevin Olimpiya stadionunu AFFA-nın balansına keçirməsi önəmli hadisə idi. Ötən il iki klubumuz Avrokuboklarda uğurlu çıxış etdi. Hazırda klublarımızda maliyyə problemləri var. Sponsor axtarışlarına davam edirik. Xüsusi qeyd etmək istəyirəm ki, yayda Azərbaycanda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı baş tutacaq. Bu, bizim üçün böyük oyunlara hazırlıqdı. İnanıram ki, bu işin öhdəsindən lazımınca gəlməyi bacaracağıq. Bu yarışların keçirilməsində cənab prezidentimizin sərəncamları xüsusi rol oynadı. Düşünürəm ki, bu sərəncamların bizə çox xeyri dəyəcək" - deyə, Abdullayev bildirib. Sonra söz gənclər və idman naziri Azad Rəhimova verilib. Futbolun daha çox sevildiyini deyən nazir bildirib ki, müstəqillik dövründə digər idman növlərinə olan qayğı futbola da göstərilib: “2005-ci ildə “Dövlət proqramı” ilə futbol daha da inkişaf etdirilib. "Neftçi", "Qarabağ", "Qəbələ" kimi klublar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu dövrdə ölkəmizdə idman infrastrukturu geniş inkişaf etdirilib. Regionlarda olan stadionlar təmir edilib. Ölkəmizdə qızlar arasında dünya çempionatı keçirilmiş, gələn illərdə də bu cür yarışlar təşkil ediləcək. Şübhəsiz ki, bu işlərdə ən böyük yük AFFA-nın üzərinə düşür. Bu işlərdə Azərbaycan Gənclər və İdman Nazirliyi də AFFA-ya hər cür köməyini əsirgəməyib”. Sonra Konfransın səlahiyyətli olub-olmamağı barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidi. Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilib. Komissiya üzvləri Şaiq Həmidov, Kamran Quliyev, Rövşən Əhmədov olub. 2015-ci illə bağlı video-çarxın nümayişinin ardınca baş katibi Elxan Məmmədov çıxış edib. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2015-ci ilin maliyyə hesabatını, həmçinin 2016-cı il üçün büdcə layihəsini təqdim edib. Müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Qasımovun da hesabatı dinlənilib: “Bütün sənədlər yoxlanılıb. Əldə etdiyim audit sübutları təmin olunub. Rəhbərliyin uçot təxminlərinin qiymətləndirilməsi müvafiqdi. Təqdim edilən maliyyə hesabatları AFFA-nın ötən il üçün maliyyə vəziyyətini, maddi hesabatlarını beynəlxalq maliyyə hesabatlarına uyğun olaraq, düzgün əks etdirilib”. Qasımovun ardınca isə AFFA-nın hüquqşünası Rəmiş Malıyev çıxış edib. O, AFFA-nın hüquqi normaları, hüquq strukturu haqda danışıb. Konfrans iştirakçıları Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev və U-17 yığmasının baş məşqçisi Təbriz Həsənovu da dinləyib. Sonuncu yığmamızın Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığı barədə məlumatı verib, azarkeşləri sevindirəcəklərini qeyd edib. Ardınca prezident seçkisi baş tutub. Rövnəq Abdullayev 3-cü dəfə bu posta seçilib. O, 2020-ci ilədək bu postu tutacaq. “Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik” - deyə, Abdullayev bildirib. Konfrans nümayəndələri AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı daha 10 üzv yer alıb.

Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları – 2 yer
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən
Seçkilər başa çatdıqdan sonra UEFA-nın baş katibi Teodor Teodoridis çıxış edib. O, Abdullayevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Xəbər 991 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.09.2019
“Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
16.09.2019
ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı
16.09.2019
“Qarabağ”dan iki rekord
16.09.2019
Mövsümdə ilk
14.09.2019
“Barselona” ciddi itki var – 6 həftə oynamayacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
16 SENTYABR  |   17:37
Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
16 SENTYABR  |   17:24

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Befstroqanov resepti
16 SENTYABR  |   16:00
Sadə və effektli CAVANLAŞDIRICI MASKA
16 SENTYABR  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1358

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info