İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 SENTYABR
18:00 Stadnik finalda - Dünya çempionatı
17:48 Daha 4 güləşçimizin rəqibi bilindi
17:35 Manana bu dəfə əri ilə FOTOlarını paylaşdı
17:24 Kivi maskasi ilə belə gözəlləşin
17:11 Əl qırışlarına sınanılmış ən effektli maskalar
17:00 Xardal maskası ilə saçlarınızı sürətlə uzadın
16:49 Yanmış saçlar üçün yumurta və aloe maskası
16:36 Şəkər tozu ilə mükəmməl gözəlliyə sahib olun
16:24 15 günə sıx və uzun saçlara belə sahib olun
16:15 Qırışlardan 1 aya tamamilə belə azad olacaqsınız
16:00 1001 dərdin dərmanı...
15:47 Biyan kökünün inanılmaz faydaları...
15:38 Gicitkəni balla qarışdırın bu xəstəlikdən xilas olun
15:27 Dəmdə qalan çayı atmayın - İnanılmaz faydaları...
15:14 Reyhan – təbiətin aptekindən gələn dərman
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:45 Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır…
14:32 Quru ənciri zeytun yağında saxlayın və... – Öskürəyə qarşı RESEPT
14:24 ÇL-in oyunları bu kanallarda
14:15 “Mən Musaya görə saçımı süpürgə etmişəm“ - Təranə Qumral danışdı
14:00 “Yemin“də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?
13:46 Vüsalə Əlizadə: “Bir gün ağlınla vicdanın arasında qalsan…“
13:39 Karbondioksiddən maye yanacaq əldə edildi
13:23 Avropanın ən böyük araşdırma parkı açılacaq
13:13 Forma dəyişdirə bilən avtonom zibil toplama cihazları
13:00 Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı
12:47 ÇL-də daha 8 oyuna hakim təyinatları açıqlandı
12:38 Çempionlar Liqasında qrup mərhələsi başlayır
12:29 “Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” - Zöhrə Abdullayeva uzun zaman sonra efirdə
12:14 Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
11:00 Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
10:48 Yasamal rayonunun bu küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
10:35 Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
10:27 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:18 Günün qoroskopu
10:08 Atəşkəs pozulub
16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80821)
2 PRESS-ANONS (34602)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30548)
4 Banan qabığı təbii məlhəmdir (29071)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26478)
Rusiyalı tarixçi: “Suveren Azərbaycan dövlətinə öz ərazisindəki cinayətkarları məhv etməyi heç kim qadağan edə bilməz“
Tarix: 09.04 | Saat: 11:25 | E-mail | Çapa göndər

Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan "Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: Sülhü necə saxlamaq" ("Хрупкое перемирие в зоне Карабахского конфликта: как удержать мир?") adlı mətbuat konfransı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Milli Xəbərlər Xidməti Radiosunda keçirilən tədbirin iştirakçıları Cənubi Qafqaz regionunda vəziyyətin 20 ildən çox müddətdə qeyri-sabitliyinə səbəb olan bu problemin tez bir zamanda həllinin vacibliyini vurğulayıblar. Mətbuat konfransında çıxış edən, rusiyalı politoloq, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən danışıb: "Qarabağ münaqişəsi deyəndə, təkcə Dağlıq Qarabağ ərazisi deyil, işğal altındakı yeddi Azərbaycan rayonu da qeyd edilməlidir. Bu yeddi rayon da Dağlıq Qarabağ kimi Ermənistan tərəfindən işğal olunub. Ona görə də münaqişə barədə dəqiq anlayışa işarə vacibdir. Azərbaycan və Ermənistan əhalisi, rusiyalılar Qarabağda atəşkəsi deyil, sülhü istəyirlər. Bu ərazilərdə sülhün olması üçün əvvəlcə hansı dövlətin ərazi bütövlüyünün pozulmasına, hansı dövlətin ordusunun kimin torpağında olmasına diqqət yetirmək lazımdır. Əgər Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində olsaydı, o zaman bu məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər prezident İlham Əliyevə müraciət etməli idilər ki, qoşunlar həmin ərazilərdən çıxarsın. Əgər Ermənistan qoşunları Azərbaycan ərazisindədirsə, onlar bu əraziləri tərk etməlidirlər. Təsəvvür edin ki, başqa bir dövlətin ordusu Rusiyanın ərazisini işğal edib. Belə olan halda Rusiya hakimiyyəti və xalqı hansı addımı atmalıdır? Əvvəlcə onlar bu məsələni sülh yolu ilə həll etməyə çalışmalıdır. Əgər sülh yolu ilə həll olunmursa, xalq ayağa qalxır və məsələ hərbi yolla həll olunur. Biz bunu tarixdən bilirik, Böyük Vətən Müharibəsindən başlamış bu günə kimi...". "Ona görə də bu gün Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ilk öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Qeyd edim ki, Azərbaycan ərazisində yaşayan ermənilər yox, xarici dövlətin silahı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. Bu məsələ bağlanan kimi, biz artıq atəş haqqında deyil, tam sülhdən və dövlətlərarası əməkdaşlıqdan danışacağıq. Əgər məsələ açıq qalsa, təəssüflər olsun ki, müharibənin başlanmasından danışmaq lazım gələcək. Azərbaycan xalqına da, erməni xalqına da müharibə lazım deyil, ümumiyyətlə müharibə heç kimə lazım deyil"-, deyə rusiyalı siyasi ekspert qeyd edib. Postsovet məkanını öyrənən Mərkəzin direktor müavini, siyasi ekspert Yevgeni Nikolayçuk Dağlıq Qarabağ münaqişəsinin praktiki nizamlanması üçün uzun müddətdir ki, bir planın mövcud olduğunu söyləyib: "Son döyüşlər onu göstərdi ki, bu planın həyata keçirilməsinə tezliklə başlamaq lazımdır. 22 ildir ki, qoşunların təmas xəttində hər iki tərəfdən insanlar səngərlərdə oturublar. Müntəzəm olaraq atışmalar olur. Bütün bunlar üst-üstə yığılır və gec-tez silahlı qarşıdurmaya çevrilir. Aydındır ki, hərbi yolla münaqişənin həll etmək olmaz. Madrid prinsiplərində münaqişəsinin həlli yolları dəqiq qeyd olunub. İlk növbədə güc tətbiqi dayandırılmalı, qoşunlar ərazilərdən çıxarılmalıdır. Azərbaycanın yeddi rayonu işğaldan azad olunmalıdır. İkincisi isə xalqların müqəddəratını təyinetmə və ərazi bütövlüyü məsələsidir". "Bu gün Qarabağ ərazisi dağılıb. Bu əraziləri bərpa etmək lazımdır. Baxmayaraq ki, Ermənistan 20 ildən çoxdur ki, həmin əraziləri işğal edib, orada heç bir iş görməyib",- deyə rusiyalı politoloq vurğulayıb. Rusiyalı tanınmış tarixçi və siyasi-analitik Oleq Kuznetsov çıxışında Dağlıq Qarabağ münaqişəsinin hüquqi məsələlərinə diqqəti yönəldib: "Dünyada Ermənistanda başqa Azərbaycanın ərazi bütövlüyünü tanımayan dövlət varmı? Beynəlxalq hüquq nöqteyi-nəzərindən hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab olunur. İkinci sual: qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıyan bir dövlət varmı? Hətta Ermənistanın özü belə bu qondarma qurumu tanımır. Əgər bu vəziyyətə Rusiya qanunvericiliyi nöqteyi-nəzərindən baxsaq, Dağlıq Qarabağda və ətraf yeddi rayondakı silahlı strukturların qanunsuz silahlı qruplaşmalar olduğunu görmək olar. Hansı ki, bu, Rusiya qanunvericiliyinə görə cinayət tərkibi daşıyır. 2-5 aprel tarixlərində münaqişənin eskalasiyasından sonra Ermənistan Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində ölən hərbçilərinin siyahısını açıqladı. Həmin siyahıda ölən hərbçilərin haranın sakinləri olduğu əks olunmuşdu. Həmin siyahıda olanların heç biri Dağlıq Qarabağ sakinləri deyildilər. Açıqlanan 57 nəfər hamısı Ermənistan vətəndaşları idilər. Əgər Ermənistan Dağlıq Qarabağı tanımırsa, o zaman Ermənistan vətəndaşları bu ərazilərdə qanunsuz silahlı qruplaşmaların tərkibində nə edirlər? Onlar hərbi muzdlulardırlar. Bütün hallarda bu cinayətdir. Bütün bunlardan çıxış edərək ağıllı sual ortaya çıxır. Suveren Azərbaycan dövlətinə öz ərazisindəki cinayətkarları məhv etməyi kim qadağan edə bilər? Buna kim maneə ola bilər? Heç kim. Suveren dövlət ya cinayətkarları məhv etməlidir, ya da onları öz ərazisindən çıxarmalı, gəldiyi yerə geri göndərməlidir. Ya da ki, imkan verməlidir ki, onlar özləri qonşu dövlətlərin ərazisinə keçsinlər. Bu, Rusiya, İran, Türkiyə və Gürcüstana lazımdırmı? Yox əlbəttə. Ona görə də Rusiya qanunvericiliyi baxımından Dağlıq Qarabağ münaqişəsinin bir həll variantı mövcuddur: Ermənistan Azərbaycan ərazisindəki cinayətkarlarını yığışdırır, onlar üzərində öz ərazisində məhkəmə qurur və bunlara paralel olaraq işğal altındakı əraziləri Azərbaycan Respublikasının yurisdiksiyasına qaytarır. Digər variantlar mövcud deyil". Yazıçı, tarixçi Aleksandr Qoryanin Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışıb: " Biz, bu münaqişənin necə başlanmasını yaxşı xatırlayırıq. 1984-cü ildə, senzuranın yanından milçəyin belə uça bilmədiyini təsəvvür etdiyimiz dövrdə Zori Balayan azərbaycanlılara nifrət dolu "Ocaq" kitabını yazdı. Silva Kaputikyan və digərləri oda yağ tökürdülər. Jurnalistlər mənə deyəndə ki, müharibəyə onlar başlamırlar, mən bununla razılaşıram, lakin sonra əlavə edirəm ki, jurnalistlər müharibənin başlanması üçün əllərindən gələni edirlər. Sonra bu alovu söndürmək çox çətin olur. Çünki, sadə insanlarda nifrət hissi alışır yanır. Sadə insanlar ekrandan onlara müraciət edənlərə inanırlar. Bu günlərdə də eyni hadisələr baş verdi. Ekranlardan hər kəs bir ağızla baş verənlərdə Türkiyəni günahlandırdılar, Türkiyənin suyu bulandırdığını deyirdilər. Lakin bunun sübutu yoxdur. Bu fərziyyədir, lakin hamı bu barədə əminliklə danışır. Mən dərhal 80-ci illərin sonunu, Qarabağ hadisələrinin başlandığı vaxtı xatırladım. Jurnalistləri öyrətmək olmaz, lakin yenə də onlara diqqətli və ehtiyatlı olmağa, hadisələri düzgün qiymətləndirməyə və nifrəti alovlandırmamağa çağırmaq lazımdır".

Xəbər 1523 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

1001 dərdin dərmanı...
17 SENTYABR  |   16:00
Biyan kökünün inanılmaz faydaları...
17 SENTYABR  |   15:47

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kivi maskasi ilə belə gözəlləşin
17 SENTYABR  |   17:24
Əl qırışlarına sınanılmış ən effektli maskalar
17 SENTYABR  |   17:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info