
Türkiyəli sənətçi Nurseli İdiz ötən gün İstanbulun Bebek səmtində dostları ilə birlikdə bir kafedə oturarkən görüntülənib. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yoldaşları ilə söhbət edərkən obyektivlərə tuş gələn sənətkarın kefinin yerində olmadığı diqqətdən qaçmayıb. Bir neçə gün öncə çıxan "əmlakının müsadirə olunması" xəbərinə qəzəbləndiyini bildirən aktrisa, "Bilmədən səhv informasiya verilir" - deyərək, etirazını bildirib.
|