İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 SENTYABR
18:00 Stadnik finalda - Dünya çempionatı
17:48 Daha 4 güləşçimizin rəqibi bilindi
17:35 Manana bu dəfə əri ilə FOTOlarını paylaşdı
17:24 Kivi maskasi ilə belə gözəlləşin
17:11 Əl qırışlarına sınanılmış ən effektli maskalar
17:00 Xardal maskası ilə saçlarınızı sürətlə uzadın
16:49 Yanmış saçlar üçün yumurta və aloe maskası
16:36 Şəkər tozu ilə mükəmməl gözəlliyə sahib olun
16:24 15 günə sıx və uzun saçlara belə sahib olun
16:15 Qırışlardan 1 aya tamamilə belə azad olacaqsınız
16:00 1001 dərdin dərmanı...
15:47 Biyan kökünün inanılmaz faydaları...
15:38 Gicitkəni balla qarışdırın bu xəstəlikdən xilas olun
15:27 Dəmdə qalan çayı atmayın - İnanılmaz faydaları...
15:14 Reyhan – təbiətin aptekindən gələn dərman
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:45 Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır…
14:32 Quru ənciri zeytun yağında saxlayın və... – Öskürəyə qarşı RESEPT
14:24 ÇL-in oyunları bu kanallarda
14:15 “Mən Musaya görə saçımı süpürgə etmişəm“ - Təranə Qumral danışdı
14:00 “Yemin“də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?
13:46 Vüsalə Əlizadə: “Bir gün ağlınla vicdanın arasında qalsan…“
13:39 Karbondioksiddən maye yanacaq əldə edildi
13:23 Avropanın ən böyük araşdırma parkı açılacaq
13:13 Forma dəyişdirə bilən avtonom zibil toplama cihazları
13:00 Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı
12:47 ÇL-də daha 8 oyuna hakim təyinatları açıqlandı
12:38 Çempionlar Liqasında qrup mərhələsi başlayır
12:29 “Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” - Zöhrə Abdullayeva uzun zaman sonra efirdə
12:14 Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
11:00 Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
10:48 Yasamal rayonunun bu küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
10:35 Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
10:27 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:18 Günün qoroskopu
10:08 Atəşkəs pozulub
16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80821)
2 PRESS-ANONS (34602)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30548)
4 Banan qabığı təbii məlhəmdir (29071)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26478)
Əli Həsənov: “Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb“
Tarix: 26.05 | Saat: 17:19 | E-mail | Çapa göndər

Bu gün Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çox böyük əsərləri olduğunu deyərək, BDU-nun da bu yadigarlardan biri olduğunu qeyd edib. O, AXC dönəmində təhsilə verilən qiymətə toxunaraq, bütün sahələrdə islahatlar aparıldığını vurğulayıb. A. Məhərrəmov bildirib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas edib: "Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov çıxışında AXC-nin tarixi, AXC dövründəki ictimai-siyasi vəziyyət və digər məsələlərə toxunub. O, AXC hakimiyyətinin mənfi və müsbət qərarlarının olduğunu vurğulayıb: "O vaxt sərhəd bölgələrində tənzimlənmə məsələləri aparıldı, dostluq və qonşuluq haqqında öhdəliklər götürüldü. Çox təəssüf ki həmin dövrdə bu gün bizi içimizdən yandırıb yaxan qərar verildi. Çox təəssüf ki, Xalq Cümhuriyyətinin qurucuları o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə getdi. Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar. Amma niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?". Ə. Həsənov eyni zamanda qeyd edib ki, həmin vaxt Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində vermədiyi dəstəyi Bakının azad olunmasında ifadə olunub: "Bakı işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi. Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi". Ə. Həsənov qeyd edib ki, 23 ay fəaliyyət göstərən AXC digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demokratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları- bütün sahələr üzrə Xalq Cümhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq". Ə. Həsənov Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verən proseslərə də toxunub və bildirib ki, müstəqilliyi Azərbaycan xalqı qazanıb: "O dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi. Ümummilli lider isə xüsusi çağırışla Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platformasını elan etdi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə xidmət göstərir. Heydər Əliyevin ikinci əsas prinsipi cəmiyyətdə mövcud qarşıdurmanın aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi idi. Ə. Həsənov əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb: "Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddur və bu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var. Hazırda dünyanın əsas enerji təchizatçılarından və sivil birgəyaşayış normalarına sahib tərəfdaşlarından biri statusunu qazanıb. Ölkəmizin yürütdüyü siyasət bu gün bütün dünyanı əhatə edir. Bu anlamda 93 illiyini qeyd etdiyimiz Azərbaycan dövlətinin təməli sağlamdır, onun idarəçiliyində sağlam insanlar durub". Çıxışlardan sonra Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış "Məsəl, ya..." tamaşası nümayiş etdirilib.

Xəbər 1510 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

1001 dərdin dərmanı...
17 SENTYABR  |   16:00
Biyan kökünün inanılmaz faydaları...
17 SENTYABR  |   15:47

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kivi maskasi ilə belə gözəlləşin
17 SENTYABR  |   17:24
Əl qırışlarına sınanılmış ən effektli maskalar
17 SENTYABR  |   17:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info