İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 SENTYABR
18:00 Burak Yılmaz qayıtdı
17:48 “Atamla səhnəyə çıxanda narahat oluram...“
17:36 Samirə keçmiş ərindən ötrü ağlayır
17:25 Narın insan orqanizminə əvəzolunmaz faydası
17:14 Kahının müalicəvi xüsusiyyətləri
17:00 Beyin fəaliyyətini gücləndirən qidalar
16:46 FİFA ilin ən yaxşılarını açıqlayır
16:35 “Arvadım binaya baxıb soruşurdu ki, bu nədir?”
16:23 “Bir çoxundan yaxşı oxuyuram“ - Humaydan müğənnilərə ATMACA
16:13 “Məni üç uşaqla kim alar?“
16:00 Fizika qanunlarına tabe olmayan “Davasko daşı”
15:47 Qədim insan sümükləri tapıldı
15:38 Narla RİÇARD salatı
15:23 Qırmızı lobya və göbələklə dadlı salat
15:12 Saçlarınızın uzanması üçün cəmi 3 addım
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:45 Üzünüzdəki ləkə və sızanaqları gil ilə təmizləyin
14:33 Üzünüzdəki ləkələri bu maska ilə yox edin
14:24 Saçlarınızın tez uzanması üçün bu maskanı tətbiq edin
14:13 Saçlarınızın uzanması üçün bu maskanı tətbiq edin
14:00 Oksana ana olduqdan sonra belə dəyişdi
13:47 Vüsalə Əlizadə: “Belə şeylər məndə alınmır”
13:35 Duz, istiot və limon ilə 6 xəstəliyin müalicəsi
13:22 Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin
13:12 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA
13:00 Sağlamlığınızı möhkəmləndirən UNİKAL BİTKİ
12:48 “Qalatasaray“ qələbəni əldən verdi
12:36 Günə xoşbəxt başlamağın 10 yolu
12:21 Əhalisi ən az olan 10 ölkə
12:12 Emil Balayevdən qələbə şərhi
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:06 Atəşkəs pozulub
21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81560)
2 PRESS-ANONS (34646)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30664)
4 Banan qabığı təbii məlhəmdir (29127)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26855)
Azərbaycanın mədəniyyət nümunələrini kimlər mənimsəyir?
Tarix: 25.06 | Saat: 13:00 | E-mail | Çapa göndər

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonar ümumbəşəri dəyərləri prioritet qəbul edərək, demokratik, dünyəvi və hüquqi dövlət qurmaq yolunu seçmişdir. Həmin yol həm ölkənin dünya birliyinə sivil inteqrasiyasının, həm də həyat fəaliyyətinin bütün sahələrinin normal işləməsinin başlıca şərti olan qanunun aliliyinin təsdiqi və ona riayət olunması prinsipini nəzərdə tutur. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra Azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir.
Xalqımızın adət və ənənələrinə, mədəni irsinə diqqət bu ideyanın təməl xətlərindən biridir. Təsadüfi deyil ki, bu məqam ölkə Konstitusiyasında da əksini tapmışdır. Konstitusiyanın 16-cı maddəsində qeyd olunur ki, Azərbaycan dövləti xalqın tarixi və mənəvi irsini qoruyur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə tarixi və mədəni dəyərlərin qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları deyil, həm də beynəlxalq sənədlər təşkil edir. Bu sənədlərdən “Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni irsinin qorunması haqqında” 1970-ci il Paris Konvensiyası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyası və digərlərini göstərmək olar.
Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilmişdir.
Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri bu şəkildə qruplaşdırmaq olar: şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o cümlədən, dastanlar, nağıllar və s., xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın, milli musiqi alətlərimizin: tar, balaban, kamança, saz və s., Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin, Azərbaycan xalçalarının mənimsənilməsi. Mədəniyyət nümunələri “Koroğlu” və “Aşıq Qərib” dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məşhur xalq mahnısı “Sarı gəlin” beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklərə və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəklini almışdır. Göstərilən bütün beynəlxalq hüquqi sənədlər bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi “Qarabağ münaqişəsinin həllində bütün beynəlxalq hüquqi sənədlər Azərbaycanın tərəfindədir” tezisinin bu istiqamət üzrə də tam doğruluğunu isbat edir.
Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının beynəlxalq təşkilatlar və ictimaiyyətlə bu istiqamətdə fəal əməkdaşlığı ölkəmizin tarixi və mədəni dəyərləri, mədəniyyəti haqqında geniş təbliğat işlərini aparması, ölkə rəhbərliyinin yüksək şəxsi nüfuzu bir çox hallarda bu məkrli siyasətinin ifşa olunması ilə nəticələnir.
Bu mübarizədə Azərbaycan ziyalıları, bütün dünyada məşhur olan mədəniyyət və incəsənət xadimləri, digər ölkələrdə yaşayan diaspor nümayəndələri ilə yanaşı kitabxanaçılar da dövlətə daha fəal yardım göstərməlidirlər.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm hissəsi də cəmiyyətin, vətəndaşların, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Azərbaycan Konstitusiyasında (maddə 40) hər bir vətəndaşın ölkənin mədəni sərvətlərindən istifadə etmək hüququ qeyd olunmaqla yanaşı, bundan irəli gələn məsuliyyəti də əksini tapmışdır: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir”. Odur ki, Azərbaycan xalqının milli-mənəvi irsini öyrənmək və təbliğ etməklə yanaşı, onun mühafizəsini də ölkəmizin milli təhlükəsizliyin mühüm istiqaməti kimi diqqətdə saxlamaq gərəkdir.
Hazırladı:
Aysel Hüseynqızı
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3689 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

24 SENTYABR
12:00 PRESS-ANONS
24 Sentyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Narın insan orqanizminə əvəzolunmaz faydası
23 SENTYABR  |   17:25
Kahının müalicəvi xüsusiyyətləri
23 SENTYABR  |   17:14

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Narla RİÇARD salatı
23 SENTYABR  |   15:38
Qırmızı lobya və göbələklə dadlı salat
23 SENTYABR  |   15:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info