İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 NOYABR
18:00 “Ali təhsilli kimya-biologiya müəllimiyəm, gözəl vizajistəm, yaxşı “şofer“əm” - Afət Fərmanqızı
17:45 Mina sevgilisindən danışdı: “Barışmaq istəmirəm“
17:36 Pərvizdən sonra o da başına tük əkdirdi
17:29 Kefir maskası ilə gözəlləşin!
17:14 Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
17:09 “İlk görüşdə dedi ki, səninlə evlənəcəm“ - məşhur cütlük tanışlıqlarından danışdı
17:00 Qırışları açan banan maskası
16:49 Appendisit və onun ağırlaşmaları
16:48 Masallı güləşçiləri XXV ənənəvi respublika turnirinin qalibi olublar
16:35 Dəridə rəng fərqini aradan qaldıran maska
16:25 Şahmat üzrə “King Salman World Cup” dünya çempionatı Moskvada keçiriləcək
16:15 Dərini qışa hazırlayan maskalar
16:00 Xiyardan makiyaj təmizləyən vasitə hazırlayın!
15:44 Yağlı saçlarla necə mübarizə aparmalı?
15:39 Quruyub çatlayan dodaqlar üçün maskalar
15:27 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:12 İzzət Bağırovun bacısı qızı ilə YENİ FOTOSU
15:00 Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
14:47 Hepatit zamanı qida rejimi
14:37 Kalium elementi qan təzyiqini azaldır
14:22 Ürəyin işemik xəstəliyi (ÜİX)
14:14 Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində sonuncu oyununu keçirəcək
14:00 Budo döyüş növləri üzrə açıq Astara çempionatına yekun vurulub
13:49 Osteoporoz - “lal epidemiya“
13:39 Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu VİTAMİN çatışmır
13:28 Alimlərdən buzu əritmək üçün yeni kəşf
13:15 Çində nəhəng külək generatoru hazırlanıb
13:00 Marsda həyat olub
12:49 Əməkdar artistin 30 il əvvəlki FOTOsu - Tanınmaz dərəcədə DƏYİŞİB
12:35 “Zirə“nin futbolçusu Əlcəzairə qarşı oynadı
12:23 Yığmamız Ukrayna ilə üz-üzə
12:13 Xuraman Şuşalı 4-cü övladı üçün Afrikada qurban kəsdirdi
10:30 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
18 NOYABR
18:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:47 Makiyajın köməyi ilə burnu necə kiçiltmək olar?
17:35 Raxit mütləq müalicə olunmalıdır
17:24 “Səbail“in futbolçusu İslandiyaya qarşı oynadı
17:11 Elza Seyidcahanın qızı və nəvəsindən

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90167)
2 PRESS-ANONS (34878)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32258)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30610)
5 Banan qabığı təbii məlhəmdir (29712)
Ədəbiyyatımızda milli dəyərlər
Tarix: 25.07 | Saat: 13:00 | E-mail | Çapa göndər

Hər bir xalqın özünəməxsus milli dəyərləri, adət - ənənələri vardır. Xalqın böyüklüyü ondadır ki, min illər boyu formalaşmış milli dəyərlərini qoruyub saxlayır və onu gələcək nəsillərə çatdıra bilir.
Azərbaycan xalqı çox böyük milli dəyərlərə malikdir. Elə milli dəyərlərə ki, xalqımız tarix səhnəsinə çıxdığı gündən bu günə kimi bu milli dəyərlər də formalaşıb, zənginləşib, yeniləşib. Xalqımızın çox böyük zəngin folklor nümunələri var. Şifahi xalq ədəbiyyatı nümunələrimizin hər biri cild - cild kitablara, dastanlara sığmayan məna yükü daşıyıb. Əfsanə və rəvayətlərimiz, lətifələr, atalar sözləri, tapmacalar, bayatılar, ağılar, əmək nəğmələri, sayaçı sözləri, əsatirlər, miflər, dastanlar, xalq mahnıları bu günümüzə qədər gəlib çatıbdır. Bu günün özündə də zəngin folklor nümunəlırimiz yaranmaqdadır. Dünyanı heyran qoyan muğamlarımız təkcə Şərq ölkələrində deyil, eləcə də Avropa ölkələrində, uzaq Amerikada belə böyük məhəbbətlə sevilir, xalqımızın yaratdığı nadir musiqi dünyanı heyrətə salır. Xalqımızın özünəməxsus yas adətləri, toy adətləri olub. Bu gün də bu adətlər xeyir, şər məclislərində icra olunmaqdadır. Milli dəyərlərinə böyük hörmət və sevgiylə yanaşan xalqımız bu adətlərə vurulan yamaqları, edilən əlavələri qəbul etmir. Ona görə ki, son dövrlərdə Azərbaycanın ayrı – ayrı guşələrində yaslarımız, toy şənliklərimiz əndazədən çıxarılıb. Xüsusən Bakıda, Sumqayıtda yas mərasimlərində süfrələrimiz qədim adətlərə, ənənələrə söykənmir. Yas mərasimlərindəki süfrə mədəniyyətimiz toy mərasimlərinin süfrə mədəniyyətinə bənzəyir. Bu adətlər milli dəyərlərimizin qorunub saxlanılması baxımından nöqsanlıdır. Bakıdan, eləcə də Azərbaycanın digər böyük şəhərlərindən Naxçıvana gələn ziyalılar, sadə adamlar, millət vəkilləri Naxçıvanda yas mərasimlərinin milli adət - ənənələrə uyğun keçirildiyini dəfələrlə mətbuat səhifələrində bəyan etmişlər. Bu baxımdan Azərbaycan mətbuatında milli dəyərlərimizlə bağlı çıxış edən Milli Məclisin deputatı Hadi Rəcəblinin maraqlı bir yazısı da nəzər diqqəti daha çox cəlb etmişdir.
2012-ci il Muxtar Respublikamızda “Milli dəyərlər ili” elan edildi.Muxtar Respublikamızda aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi - mədəniyyət nümunələri təsdiq edir ki, qədim dövrlərdə bu torpaqda bir sıra yaradıcılıq sahələri uğurla davam etdirilmişdir. Ona görə də xalçaçılıq, boyaqçılıq, dulusçuluq, papaqçılıq, keçəçilik, misgərlik, qalayçılıq, dəmirçilik, taxta üzərində oyma və.s yaradıcılıq sahələrinin yenidən inkişaf etdirilməsi, unudulmaması baxımından çox böyük işlər həyata keçiriləcəkdir. Xalqımızın folklor dəyərləri ilə yanaşı özünəməxsus elə müqəddəs dəyərləri olub ki, bu dəyərlər bu gün də ədəbiyyatımızda, dastanlarımızda yaşamaqdadır. Ona görə də şair və yazıçılarımız öz əsərlərində milli dəyərlərə daha böyük hörmət və sevgi ilə yanaşıblar. Bu dəyərlər aşıq yaradıcılığında, xüsusən də dastanlardakı ustadnamələrdə özünü daha aydın göstərir.
Yeri gəlmişkən bir məsələni də xatırlatmaq istəyirəm ki, xaqlqımızın milli dəyərləri içərisində süfrə mədəniyyətinin, mətbəx mədəniyyətinin də özünəməxsus yeri var. Həmişə yayda, payızda qış tədarükü görülmüş, qışda süfrələri boş olmasın deyə yayda qurutduqları muxtəlif meyvə qurularından kəsdikləri əriştədən, yarmadan, qovurmadan ətirli, dadlı xörəklər hazırlamışlar. Bəzi hallarda kənd yerlərində bir neçə gün lavaş yapılmış, iki - üç aylıq çörək belə evlərdə saxlanılmışdı. Onları elə saxlayırdılar ki, heç bir həşərat, siçan belə onlara toxuna bilməsin. Taxılı isə böyük küplərdə qoruyub saxlayırdılar.
Süfrə başında böyüklü - kiçikli hamının bir yerdə oturması, bir yerdə çörək yeməsi ənənəsi xalqımızın min illər boyu formalaşdırdığı süfrə mədəniyyəti idi. Ata işdən qayıtmamış, süfrə başında oturmamış ailənin digər üzvləri süfrə başında oturmazdılar. Bu çox böyük milli dəyərdir. Belə adət bu gündə kəndlərimizdə, şəhərlərimizdə qorunub saxlanılmaqdadır.
Xalqımıza aid olan bir sıra milli dəyərlər ədəbiyyatımızda da öz bədii əksini tapıbdır. Dastanlarımızda, digər folklor nümunələrimizdə şeir və poemalarımızda, nəsr əsərlərmizdə milli dəyərlərimiz obrazlı, poetik bir şəkildə özünü göstərib.
“Kitabi - Dədə Qorqud” dastanında çox maraqlı, həm də ibrətamiz bir epizod var. Qazan xanın oğlu Uruz əsirlikdə olarkən anası Burlaxatuna deyir ki, yağılar mənim ətimdən qara qovurma bişirib sənin qabağına gətirəcəklər. Başqaları bir yeyəndə, sən iki ye. Qoy səni tanımasınlar. Ağam Qazanın namusu tapdalanmasın. Buna bənzər bir epizod isə xalq yazıçısı İsmayıl Şıxlının “Dəli kür” romanında vardır. Cahandar ağa Allahyarın arvadını qaçırtdığı üçün o da ondan intiqam almaq istəyir. Cahandar ağaya əli çatmayan Allahyar onun atının quyruğunu kəsir. Xalqımızın adətinə görə at igidin qardaşıdır, namusudur. Ona görə də Cahandar ağa quyruğu kəsilmiş atını gülləlləyir. Digər tərəfdən bacısını da öldürür. Çünki xalqımızın milli dəyərləri içərisində namus məsələsi də həmişə öndə olub. Qadın yanında kişiyə əl qaldırmaq qəbahət hesab olunub. Dava vaxtı qadın yaylığı, çadrası ortaya atılıbsa onda vuruşan kişilər vuruşlarını o dəqiqə saxlayıblar. Şair demişkən:
Qadın çarqatını araya atsa,
Əsəblər qınına çəkilməlidir.
Bu milli dəyərlər bir sıra dastanlarımızda yaşamaqdadır. Qaçaq Kərəm İsrafil ağa ilə düşmən olsa da mərdliyini, kişiliyini qoruyub saxlayır. Onların hər ikisi bir - birini öldürməyə fürsət gəzir. Belə bir fürsət Qaçaq Kərəmin əlinə düşür. O, İsrafil Ağanın çadırına girir. İsrafil ağanın qadını da həmin çadırda yatdığı üçün Qaçaq Kərəm düşmənini qadınına bağışlayır, onu vurmur. Bir gülləni onun çadırına qoyub gedir. Səhər İsrafil ağa yuxudan ayılıb o gülləni görəndə Qaçaq Kərəmin mərdliyini bir daha təsdiqləyir. Belə bir epizod xalq şairi Bəxtiyar Vahabzadənin “416” adlı poemasında da vardır. Əsərin qəhrəmanı Azər alman faşistini su içdiyi yerdə görür. “İlan ilandır ki, bizim babalar, onu da vurmamış su içən yerdə” – deyə düşünür. Azər həm də düşmənini arxadan vurmağı özünə sığışdırmır. İstəyir ki, düşməni su içib qalxsın onu üz-üzə vursun. Ancaq sən demə düşmən başının üstündə dayanan Azərin əksini suda görürmüş və silahını çəkərək Azəri vurur və onu əsir götürür. Azər deyir ki, mən mərdliyimin ucbatından namərd düşmənə əsir oldum.
“Kitabi Dədə Qorqud” dastanında hünər göstərmiyənə ad verilməzdi. Ad o şəxslərə verilərdi ki, o bir hünər göstərmiş, qəhrəmanlıq etmiş olsun. Buğac buğaya qalib gəldiyi üçün ona Buğac adı verilir.
Xalqımızın milli dəyərləri içərisində verilən sözə əməl etmək, sözünün sahibi olmaq çox ümdə məsələlərdən biri olub. Çünki əgər bir adam söz veribsə, mütləq o sözü yerinə yetirməlidir. Koroğlu dastanında belə bir epizod var. Koroğlunun Düratını qaçıran keçəl Həmzə dəyirmanda Koroğlunu aldadıb Qıratı qaçırır, amma Koroğluya deyir ki, bilirəm ki, Qıratın dalınca gələcəksən o zaman atın üzəngisini özüm basacağam. Həqiqətən də Koroğlu Qıratın dalınca gedib atını qaytaranda keçəl Həmzə özünü çatdırıb “Koroğlu, söz dəyirmandakıdır” - deyir.
Şair Əliyar Yusiflinin “Bir əcnəbi ilə söhbət” adlı şeirində maraqlı bir epizod var. Şair Moskvada bir əcnəbi ilə görüşür. Şairin Bakıdan olduğunu bilən əcnəbi ilə şair arasında belə bir söhbət gedir:
- Deyirlər Bakı gözəldir
Bizim London qədər?
- Mən onu şəhərlər gözəli
Neapola dəyişmərəm.
- Elə isə qonaq gələk,
Sahilini dəniz yuyan şəhərinizdə
Bir az dincələk.
- Gəlin, qonaq üçün açıqdır qapımız
Ata – babadan
Ancaq sizdən iki xahişim var:
Ağsaqqallar yanında
Bir - birinin üzərinə aşırmayasan ayaqlarını,
Bir də evinizdə qoyub gələsən
Tüstüsündə boğulduğun siqarını.
Bu şeirdə bir sıra milli dəyərlərimiz əcnəbi qonağa xatırladılır. Bizdə qonağa çox böyük hörmət var, məhəbbət var. Xalqımız qonaqsevər xalqdır. Qonaq üçün evində nə varsa süfrəyə düzər. Ancaq bizdə ağsaqqallar yanında qadın heç vaxt dizini diziniz üstə aşırıb oturmaz. Həm də Azərbaycan qadını siqaret çəkməz. Bu bizim milli adətlərə, dəyərlərə yabançı olan xususiyyətdir.
Kəndlərimizdə təzə gəlinlər qayınata ilə danışmazdılar. Ondan söz soruşanda başının işarəsi ilə “hə”, “yox” deyərdilər. Bu da bir milli dəyər idi. Böyük yanında kiçiklərin uzun - uzadı danışmağı qəbahət hesab olunardı. Hətta gəlin, yaxud da oğul ağbirçəklər, ağsaqqallar yanında uşağını qucağına götürməzdi. Bunlar xalqımızın min illər boyu qəlibləşən milli dəyərləridir. Toy şənliklərində, evlərdə gənclərin heç biri ağsaqqallardan yuxarıda oturmazdılar. Bu adətlər, bu dəyərlər bu gün də hifz olunur, qorunur. Qatarda, avtobusda, şəhər nəqliyyatında gənclər öz yerlərini həmişə ağsaqqallara, ağbirçəklərə, qadınlara, əlillərə verərlər. Bu milli dəyərlər bizim xalqa məxsusdur. Belə dəyərlər digər xalqlarda yox dərəcəsindədir.
Şair Hüseyn Razi “Hədiyyə” adlı şeirində yazırdı:
Mərd babalar əldə qılınc, telli saz,
Ana yurda verib candan hədiyyə.
İgid pulla, rütbəsiylə tanınmaz
Zəfər qalar qəhrəmandan hədiyyə.
Haqq yolunda çox düşmüşəm oda mən,
Allah ola, baş əymərəm yada mən.
Verməmişəm heç kəsə dünyada mən
Bir şərəfdən, bir vicdandan hədiyyə.
Həqiqətən də xalqımız qürurlu xalqdır. Düşmən önündə əyilməmək, qürurunu, ləyaqətini qorumaq, haqq sözünü deməkdən çəkinməmək, şərə, böhtana baş əyməmək xalqımızın hər bir övladına xas olan xüsusiyyətlərdir. Bütün bunlar bizim milli dəyərlərimizin kiçik bir hissəsidir. Bir bayatıda deyildiyi kimi:
Bu ocaq, bizim ocaq,
Alovu qucaq – qucaq.
Qoymayın odu sönə,
Sönsə yad aparacaq.
Milli yeməklərimizə, folklorumuza, xalq mahnılarımıza göz dikənlər çox böyük, bəşəri dəyərlərə malik olan digər milli dəyərlərimizə də göz dikib. Onu öz adlarına çıxmaq üçün dəridən – qabıqdan çıxırlar. Ona görə də milli dəyərlərimizi göz bəbəyimiz kimi qorumalı, onu daha da zənginləşdirməli, ədəbiyyatımızda milli dəyərlərimizi, adət - ənənələrimizi bədii sözün qüdrəti ilə daha da uzunömürlü etməliyik. Bu bizim hər birimizin vətəndaşlıq borcudur.

Asim Yadigar
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 5216 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
19 NOYABR  |   17:14
Appendisit və onun ağırlaşmaları
19 NOYABR  |   16:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kefir maskası ilə gözəlləşin!
19 NOYABR  |   17:29
Qırışları açan banan maskası
19 NOYABR  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info