Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, 34 yaşlı Fərid Atakişiyev Bakı Beynəlxalq Avtovağzalı ərazisində bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Fərid Atakişiyevi bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəliblər. Şahidlər dindirilib, avtovağzal ərazisindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Yaralını dindirmək hələlik mümkün olmayıb. Hadisəni törədən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info