İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 NOYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:49 Könülün qardaşının toyu oldu
12:33 Bu adada cəmi 9 insan yaşayır
12:25 Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
12:14 Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
12:00 Asan hazırlanan PORTAĞALLI PİROQ
11:46 Düyü maskası. Cavan, hamar dəri!
11:38 Mançinidən tarixi rekord
11:29 Gül kələminin 10 faydası – Bu xəstələr üçün çarədir
11:14 Demet Özdemir Bakıda
10:30 Günün qoroskopu
10:26 Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir
10:07 Atəşkəs pozulub
15 NOYABR
17:36 UŞAQLARDA ÖZGÜVƏN PROBLEMLƏRİNİ NECƏ HƏLL ETMƏLİ?
17:24 “Anamla, bacımı itirdikdən sonra...“ - Nüşabə Ələsgərli
17:12 Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz“
17:00 Uşağa oyuncaq alarkən nələrə diqqət etməli?
16:44 UŞAĞI SƏLİQƏ SƏHMAN YARATMAĞA NECƏ ÖYRƏTMƏK OLAR?
16:36 UŞAQ SÖZƏ BAXMIR? BU 9 MƏSLƏHƏTƏ ƏMƏL EDİN
16:23 İDEAL VALİDEYNLİK ÜÇÜN İDEAL ÜNSİYYƏT
16:11 Dünən toy aparırdı, bu gün ana oldu
16:00 Yuri Maksimovun yeni klubu müəyyənləşdi
15:46 Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15:36 Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15:25 Qışın vazkeçilməzi olan şabalıdın FAYDALARI
15:12 Kök börəyi
15:00 Az kalorili, çox dadlı yulaflı alma
14:47 Tezbazar hazırlanan portağallı peçenye
14:39 UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
14:24 Premyer Liqamızda oyunların vaxtı açıqlandı
14:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:00 Sumaqlı, narlı kartof şorbası
13:48 Qış süfrəsinin bəzəyi: ətli balqabaq
13:39 Alma və darçınla DADLI PEÇENYE
13:22 Şokoladlı mannik. Dadlı, tez və sadə!
13:12 Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL
13:00 “Tobol“da qalıram“ - Emil Balayev
12:49 “Mənim oğlanlarım mənə qulaq asmır“ - Manafdan GÖZLƏNİLMƏZ ETİRAF
12:37 Qara ciyər – çox vacib orqandır
12:28 Nə üçün yatarkən ağzımızdan su gəlir? - Bilmədiyiniz SƏBƏBLƏR

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (89735)
2 PRESS-ANONS (34867)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32134)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30432)
5 Banan qabığı təbii məlhəmdir (29649)
Tbilisidə Sona Vəliyevanın “İşığa gedən yol“ romanının təqdimatı keçirilib
Tarix: 31.03 | Saat: 16:30 | E-mail | Çapa göndər

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, "Əkinçi" qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan "İşığa gedən yol" romanının təqdimatı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət açıb. O, əsərin ədəbi-bədii və tarixi məziyyətlərinə toxunaraq "İşığa gedən yol" romanının peşəkar qələmin məhsulu olduğunu bildirib. Hər bir gənc və jurnalist tariximizi yaxşı bilməlidir. Düşünürəm ki, bu əsər jurnalistika sahəsində çalışan qələm sahibləri və araşdırmalar aparan mütəxəssis alimlər üçün qiymətli nəsr əsəridir.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Sona Vəliyevanin yaradıcılığı ilə tanış olduğunu və onun müəllifi olduğu "İşığa gedən yol" romanının tədbirinin Tbilisidə keçirilməsini alqışlayıb. O, Zərdabinin həyatının öyrənilməsinin gərəkliyindən danışıb və müəllifə bu mövzuya müraciət etdiyi üçün öz təşəkkürünü bildirib. Mərasimdə çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova Sona Vəliyevanı Gürcüstanda yaşayan soydaşlarımızın yaxından tanıdıqlarını deyib. Artıq Gürcüstan elitası yazıçının həyat və yaradıcılığı ilə tanış olublar. Bu onun soydaşlarımızla ikinci görüşüdür.
Tbilisidə yazıçının "Arazbarı" kitabının da təqdimatı keçirilib. Xanım Yusifova Həsən bəy Zərdabinin həyatının bir hissəsinin Tbilisi mühiti ilə bağlı olduğunu bildirib: ""İşığa gedən yol" romanında H.B.Zərdabinin indiyə kimi hələ işıq özü görməmiş bir çox həyati məqamları üzə çıxarılıb. Əsərin dili rəvan və axıcıdır. Əsəri oxuyan oxucu sanki həmsöhbətilə söhbətləşir. Adətən, yazıçılar qələmə aldıqları tarixi əsərlərin dilini qəlizləşdirməyə çalışırlar. Sona Vəliyevanın qələmə aldığı əsərin isə dil məziyyətləri mənalı və gözəldir. Kitab poliqrafiya tərtibatı baxımından da çox nəfisdir. O, "İşığa gedən yol" romanının gürcü dilinə tərcümə olunmasının vacibliyini deyib.
Sonda Sevil Yusifova bildirib: "Fikrimcə, Sona Vəliyeva Tanrı tərəfindən seçilmiş ziyalılarımızdandır. Məhz Tanrının seçdiyi insan ona bəxş edilən müqəddəs missiyanı yerinə yetirərək həyatını işığa doğru istiqamətləndirən və ilahi missiyanı yerinə yetirən böyük mütəfəkkir, Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin həyatından məzmunlu tarixi bir roman ərsəyə gətirə bilər".
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şair Osman Əhmədoğlu, tərcüməçi Cambul Məmmədli, gənc yazıçı Kamran Kiryakov və başqaları roman haqqında və onun yazılma tarixi haqqında fikirlərini bildiriblər. Tədbirdə yazıçı Sona Vəliyevanın həyat və yaradıcılığı haqqında da ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin gürcü və Azərbaycan tarixi dostluğundan, Azərbaycan və gürcü ədəbiyyatının inkişafından, yazıçılarımızın əsərlərinin gürcü dilinə tərcüməsindən də söhbət açılıb. Mərasimdə söz alan qocaman jurnalist Emin Elsevər "İşığa gedən yol" romanının gürcü dilinə tərcümə olunmasını öz üzərinə götürməyə hazır olduğunu deyib.
Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və Tbilisi azərbaycanlıları iştirak ediblər.

Xəbər 1275 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.11.2019
Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçilib
08.11.2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
07.11.2019
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub
01.10.2019
Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib
28.09.2019
Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
16 NOYABR  |   12:25
Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
16 NOYABR  |   12:14

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Asan hazırlanan PORTAĞALLI PİROQ
16 NOYABR  |   12:00
Düyü maskası. Cavan, hamar dəri!
16 NOYABR  |   11:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info