İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93495)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33003)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31814)
5 Banan qabığı təbii məlhəmdir (29952)
Fəsil depressiyası zamanı profilaktik tədbirlər
Tarix: 15.04 | Saat: 11:32 | E-mail | Çapa göndər

Hər ilin yaz və payız mövsümlərində havaların isinməsi və soyuması ilə əlaqədar olaraq bəzi insanlarda depressiya baş verir. Bu sahədə mütəxəssis rəyi öyrənmək üçün Kliniki Tibbi Mərkəzin həkimi, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyevaya müraciət etdik.
Milli.Az bildirir ki, paytaxtın baş həkim-terapevti AZƏRTAC-ın müxbirinə deyib: "İnsan təbiətdən ayrı təsəvvür etmək mümkün deyil və onun ayrılmaz bir hissəsidir. Ona görə də təbiətdə baş verən hər hansı dəyişiklik ona təsirsiz ötüşmür. Fəsil depressiyasına daha çox havaların isinməsi ilə əlaqədar olaraq yazın əvvəllərində, xüsusən apreldə təsadüf olunur. Depressiya əhvali-ruhiyyədə mənfi istiqamətdə bəzi dəyişikliklərin baş verməsidir. Xroniki ürək-damar və tənəffüs sistemləri xəstəliyi olanlar həmin depressiyalara daha tez məruz qalırlar. Fəsil depressiyası diaqnozu o vaxt qoyulur ki, yorğunluq, həmişə yuxulu olmaq, qidalanmanın zəifləməsi kimi əlamətlər minimum iki-üç il dalbadal özünü büruzə verir. Fəsil depressiyaları yaranmasının əsas səbəbi günəş işığının çatışmazlığı hesab edilir. Depressiya orqanizmdə sutkalıq ritmlərdə dəyişikliklərin yaranmasına, bir sıra hormonların, xüsusilə melatonin sintezinin pozulmasına səbəb olur."
Terapevtin dediyinə görə, yuxu müddətinin uzanması, oyanmanın çətinləşməsi və səhər tezdən əzginlik, gün ərzində yuxulu olma, bəzən erkən oyanma və bir daha yata bilməmək, ümidsizlik hissləri, narahatlıq, həyat eşqinin azalması, müsbət emosiyaların yoxluğu, həyəcanlanma, daxili gərginlik, stressə qarşı dözümün azalması, iştahanın artması, qarında və oynaqlarda ağrı, iltihabi xəstəliklərə, soyuqdəyməyə qarşı müqavimətin azalması, dost-tanışlarla ünsiyyətdən qaçma fəsil depressiyasının əlamətləri hesab olunur.
Həkim-terapevt onu da söyləyib ki, ürək-damar xəstələri, xüsusilə hipertoniya, stenokardiya, işemik xəstəliyi olanlar meteoroloji cəhətdən daha həssas olurlar və onlar üçün bu proses xüsusilə təhlükəli xarakter daşıyır. Məsələ burasındadır ki, həmin xəstələrdən eləsi var ki, fəsil dəyişikliyinə məruz qalarkən təzyiqin yüksəlməsini hiss etmirlər. Bu, xüsusilə təhlükəlidir. Ona görə də həmin xəstələr yazda havalar istiləşməmiş özləri həkimə müraciət edib yoxlanılmalı, baş verən dəyişiklərin orqanizmdə ağır fəsadlar verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
R. Əliyeva depressiyadan qorunmağın vacibliyini də qeyd edib:" Fəsil depressiyası olanlar isti və küləkli havalarda təbiətlə ünsiyyətdən uzaq olmalı, xüsusi ehtiyac yaranmadığı hallarda açıq havaya çıxmamalı, günəş şüalarının düz düşdüyü saatlarda açıq havada çox gəzməməlidirlər. Həm ürək-damar, həm də kəskin respirator xəstəliyi, rinit və s. olanlar özbaşına dava-dərman, antidepressiantlar qəbul etməməli, çoxlu maye içməli, orqanizmin susuzlaşmasının qarşısını almağa çalışmalıdırlar. Mədə-bağırsaq sistemi xəstəlikləri olanlar minerallarla zəngin olan göy-göyərti və təzə tərəvəzləri çiy qəbul etməkdən çəkinməli və həmin qidaları bişmiş halda yeməlidirlər. Tərkibində immuniteti gücləndirən bal, təzə şirələr, süd və süd məhsulları, yumurta zülalı və s. qidalar daha çox qəbul edilməlidir.
Fəsil depressiyaları, depressiyaların onda birini təşkil edir və ona istənilən yaşda, xüsusilə 18-30 yaş aralarında daha çox rast gəlinir. Həkimin dediyinə görə, zaman etibarı ilə o qədər də böyük vaxtı əhatə etməyən mövsümlərarası dövrdə orqanizm üçün yaranan fəsadlardan qorunmağa çalışmaq lazımdır.

Xəbər 873 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02.12.2019
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02.12.2019
İflic və insult riskini azaldan meyvə
02.12.2019
14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
02.12.2019
Beyinə inanılmaz faydası olan qida


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info