İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93495)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33003)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31814)
5 Banan qabığı təbii məlhəmdir (29952)
Bal: həm qədimdir, həm də müasir
Tarix: 17.04 | Saat: 12:25 | E-mail | Çapa göndər

Balın çox qədim tarixi var. Əvəzsiz qida və şəfa mənbəyi olan balın sağlamlıqdakı rolu danılmazdır. Onun istifadə tarixi, tətbiq sahələri və şəfaverici xüsusiyyətlərini öyrənmək çox maraqlıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun illər bu sahədə tədqiqatlar aparan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Fəzail Vəliyev deyib: "Təqribən 6 min il bundan əvvəl qədim Misirdə baldan müalicə, kosmetika və çürümədən qorunma vasitəsi kimi istifadə edilib. Məşhur Ebers papirusundakı tibbi məlumatlar da bunu təsdiqləyir. Hindistanda zəhərlənənləri balla sağaldardılar. Eramızdan əvvəl III-II minilliklərdə çinlilər balın şəfaverici xüsusiyyətlərini mənimsəmişdilər. Qədim Yunanıstanda mədə və qaraciyər xəstəlikləri, əsəb pozğunluqları, irinli yaralar balla müalicə edilib. Romada isə çürümədən qorunma vasitəsi kimi ondan geniş istifadə olunub.
Orta əsrlərdə mədə-bağırsaq, öskürək, zəhərli həşəratlar və quduz it dişləmələrində, eləcə də ağciyər və digər daxili orqan üzvlərinin müalicəsində bal və ondan hazırlanan məlhəmlərdən istifadə olunub. Balın çobanyastığı, gicitkən, darçın, zəncəfil, yağ, sirkə, soğan, sarımsaq, yabanı havuc, xaşxaş, xardal toxumu və s. ilə qarışığı müalicə vasitələri arasında geniş yayılmışdı. XIII əsrdə tanınmış həkimlərdən biri ürək xəstəliklərinin müalicəsində balın şəfaverici xüsusiyyətlərini göstərməklə yanaşı, bişirilmiş balqabaq və yerkökünün balla qarışığından böyrək xəstəlikləri zamanı istifadə olunmasını tövsiyə edib".
Balın müalicəvi xüsusiyyətləri barədə danışan professor daha sonra deyib: "El təbibləri böyrək xəstəlikləri zamanı qarpızı yarıya bölərək hər iki üzünə bal çəkər, bir gecə ayazda saxlayandan sonra xəstəyə yedizdirər, böyrəkdə daş olanda balın zeytun yağı və limonla qarışığının gündə üç dəfə xörək qaşığı ilə içilməsini məsləhət görərdilər. Böyrək daşını əritmək üçün balın gülxətmi ilə dəmləməsinin acqarına qəbul edilməsi də müsbət nəticə verir.
Malyariya xəstəliyinin müalicəsində balın şit nehrə kərəsi ilə qarışığından hazırlanan məcun, göyöskürəyi kəsmək üçün əzilmiş sarımsağa bal qatılaraq istifadə edilib. İçərisi oyulmuş ağ turpa bal sürtərək bir müddət ayazda saxlayandan sonra alınan məhlulu xəstəyə içirər, bağırsaq parazitlərini məhv etmək üçün boranı toxumunu əzib balla qarışdıraraq xəstəyə verərdilər. Bədənin zədələnmiş və şişmiş yerlərinə bal sürtülmüş dovşan dərisi bağlanılması sağalmanı sürətləndirir"

Xəbər 982 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02.12.2019
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02.12.2019
İflic və insult riskini azaldan meyvə
02.12.2019
14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
02.12.2019
Beyinə inanılmaz faydası olan qida


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info