İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93864)
2 PRESS-ANONS (35032)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33092)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (32065)
5 Banan qabığı təbii məlhəmdir (29990)
MM nümayəndələrin fəaliyyətini məhdudlaşdıran qanunu qəbul edib
Tarix: 31.10 | Saat: 15:17 | E-mail | Çapa göndər

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, hər üç sənədə eyni dəyişikliyi nəzərdə tutan layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd məhkəmələrin işinin səmərələşdirilməsidir.
O qeyd edib ki, Avropa praktikası nümunə kimi götürülərək, fiziki şəxslərin nümayəndə kimi iştirakının (qanuni nümayəndələrin) ləğvi təklif olunub: “Amma bəzi təkliflər nəzərə alınaraq, keçid müddəalar layihəyə salındı”.
Dəyişiklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.
Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.
Digər yenilik isə ondan ibarətdir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.
Dəyişikliklər qəbul olunacağı təqdirdə 2017-ci il dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmış, spiker Oqtay Əsədov buna səbəb olaraq layihələrin müzakirəyə hazır olmadığını bildirmişdi. İclasdan bir neçə gün sonra isə məsələnin müzakirəsinin MM-in yaz sessiyasına qədər təxirə salındığı açıqlanmışdı.
Xatıraldaq ki, Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.
Müzakirələr zamanı deputat Zahid Oruc layihənin əleyhinə çıxıb.
O bunu ölkədə vəkil çatışmazlığı, hazırda fəaliyyət göstərən qanuni nümayəndələrin narazı salınması və digər məsələlərlə əlaqələndirib.
Deputat Fazil Mustafa da dəyişikliklərin əleyhinə olduğunu bildirib. O bu sahədə doğru alternativin hələ hazır olmadığını, dəyişikliklərin heç olmasa 6 aya qədər təxirə salınmasını təklif edib. Deputat bunun hüquqşünaslar arasında ciddi narazılıq yaradacağını, məsələnin beynəlxalq təşkilatlar tərəfindən də tənqidlə qarşılanacağını bildirib.
Deputat Elşən Musayev də layihəyə etiraz edib. O da bunu vəkillərin sayının azlığı və hüquqşünaslar arasında narazılıq yaranacağı ilə əsaslandırıb: "Vəkillər Kollegiyasına qəbul prosesi ləng gedir, əvvəlcə bunu sürətləndirmək lazımdır”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsini qəbul etmək lazımdır: “Layihəni qəbul edək və işlənməsinə baxaq. Ehtiyac yaranacaqsa, digər sənədlərə də dəyişiklik edərik. Amma indidən birmənalı şəkildə bunun düzgün olmadığını iddia etmək doğru fikir deyil.
Fazil Mustafaya demək istəyirəm ki, biz ona görə qanun qəbul etmirik ki, xaricdə hansısa dairənin xoşuna gələk. Ola bilsin, elə qanunlar var ki, bizim lehimizədir, amma o xaricilər bunu istəmir. Nümayəndələrə gəldikdə, vəkillik institutu zəruridir. Bəli, biz çalışmalıyıq ki, bu institut daha da güclənsin.
Testlə qəbulu vəkillər üçün intensivləşdirməliyik. Beş ildən bir yox, lap iki aydan bir vəkillərin qəbul imtahanını keçirək. Bunları edəndən sonra nümayəndəyə ehtiyac qalmayacaq. Axı məhkəmədə hüquqi prosesi həyata keçirmək nümayəndənin yox, vəkilin işidir. Yəni, çıxış yolu bu layihəni qəbul etməmək deyil, başqa yollar var”.
Vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institunun fəaliyyətinin bərbad olduğunu deyib, bu sahədəki problemin yalnız bu yolla həllinin mümkünlüyünü vurğulayıb.
Deputat Musa Quliyev də bildirib ki, buna etiarz edən deputatlara arqumentli cavab verilməlidir: “Bununla belə, mən dəyişikliklərin lehinəyəm”.
Deputat Çingiz Qənizadə isə layihəyə etiraz edib. O qeyd edib ki, əgər burada şəxsin yaxın qohumları fərqləndirilib nəzərə alınırsa, o zaman məhkəmədə hansı keyfiyyətdən söhbət gedir: “Vəkillik institutunda böyük problem var. Gəlin əvvəlcə vəkillik institutunda islahatlar aparaq, Vəkillər kollegiyasının qapısını açaq. Bu sahə çox geridədir. Bəli, nümayəndəlik institutunda da problem var. Hətta nümayəndələr arasında keçmiş məhbuslara, dələduzlara da rast gəlinir. Buna diqqət edilməlidir. Amma məsələnin həlli bu deyil”.
İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova bildirib ki, bütün mübahisəli məqamlarla bağlı müzakirələr aparılıb: “Biz yalnız məhkəmə prosesində nümayəndələrin iştirakına qarşıyıq. Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da, bu sistemin işçiləri deyildi. Biz nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırırıq. Bir misal deyim. Boşanmalar olur. Hakim nümayəndəyə sual verəndə ki, onlar niyə boşanır, suala cavab verə bilmir. Nümayəndələr tərəflərdən biri məhkəməyə getməyəndə orada ola bilər. Tərəflərin ikisi də məhkəmədədirsə, hakimin suallarını cavablandırırsa, o zaman nümayəndənin orada vəkil kimi iştirakı lazımsızdır”.
İclasa sədrlik edən I vitse-spiker Ziyafət Əsgərov layihələrin qəbulunun lehinə olduğunu deyib: “Mən hesab edirəm ki, bunu qəbul etsək, vəkillik institutu daha da işlək olacaq, buna zərurət yaranacaq”.
Layihə səsə qoyularaq qəbul olunub.

Xəbər 1395 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info