İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 OKTYABR
18:00 Orjinal Simitin hazırlanması
17:55 Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
17:44 Elcan “Ər və arvad”dan getdi
17:39 Yerkökü keksi
17:23 Səhər yeməyinin 7 faydası
17:14 Dünyada ən məşhur şirniyyat: Holland peçenyesinin hazırlanma qaydası
17:09 “Zirə“nin “Sabah“la 6-cı dueli
17:00 Kruasanın ən orjinal resepti
16:56 “Bornmut”dan “Qarabağ”a “yaşıl işıq”
16:47 ƏN ASAN PİROJNA RESEPTİ
16:39 Kimə heyva yemək olmaz?
16:28 Asan və bişirilməyən Kəsmikli Çizkeyk
16:11 Ev şraitində üz dərisinə qulluq
16:03 Soyuyan ulduzların radioötürücü planetlərini axtaracaqlar
16:00 Şirlər haqqında 10 maraqlı fakt
15:57 Yerdə nəhəng krater aşkarlandı
15:47 Tallində Avropada ilk dəfə plastik tullantılardan yol çəkilib
15:33 Bu ilin ən yaxşı gənc futbolçusu kim olacaq?
15:23 Körpəm barmaqların ucunda gəzir...
15:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:07 Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
15:00 Bəlğəmi nə təmizləyər?
14:44 APOEL-in üç zədəlisi “Qarabağ“la oyun öncəsi sağaldı
14:35 Səbinə Amerikaya ərinin yanına getdI
14:23 Qara balın özəlliyi - Qarabaşaq balının 10 FAYDASI
14:11 Pendirin möcüzəvi faydaları
14:00 Anhidroz nədir? - Səbəbləri, simptomları, müalicəsi
13:49 Aygün Kazımova küsülü həmkarlarını təbrik etdi
13:35 Yeni həşərat növü tapılıb
13:27 Almaz Ələsgərlinin qızı yenə hamilədir
13:13 İki dəfə boşanan Rəvanın BÖYÜK QIZI - Gözəlliyi ilə təəccübləndirdi
13:00 “Səs uşaqlar“ın münsifləri bəlli oldu
12:46 UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
12:37 Millimizin Moldova ilə oyunlar üçün heyəti
12:22 Xalq artisti Prezidentə təşəkkür etdi: İkinci dəfə belə bir sevinc yaşayıram
12:15 “Qızıl top“a bütün namizədlər açıqlandı
10:30 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir
10:05 Atəşkəs pozulub
21 OKTYABR
18:00 Baş ağrısının 5 əsas səbəbi

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (86475)
2 PRESS-ANONS (34754)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31470)
4 Banan qabığı təbii məlhəmdir (29475)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (29119)
“Hüseyn Cavid-135” şeir müsabiqəsinin mükafatlandırma və poetik nümunələr antologiyasının təqdimat mərasimi keçirilib
Tarix: 02.02 | Saat: 12:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, “artkaspi.az” mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
BMM.az xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media rəhbərləri, şairlər, qaliblər və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasnın sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavidin həyat və yaradıcılığı barədə məlumat verib: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir. O, ədəbiyyatımızda əbədi iz qoyan sənətkardır. Görkəmli şair Naxçıvan rayonunun Şaxtaxtı kəndində anadan olub. H. Cavid bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb. Təhsilini bitirdikdən sonra böyük dramaturq Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün sərt, amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılıb və nəşi Azərbaycana gətirilib”.
Daha sonra çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır: “Çünki sənətkarına böyük qiymət verə biləcək bir xalqa sahib olmaq xoşbəxtlikdir. H. Cavid bəşəri ideyalarla yaşayırdı. Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi. Onun istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkurə hakimliyi var. Cavid nə yazıbsa, orada iki xətt var. Biri tanrıya, biri də milli məfkürəyə bağlılıq”.
“Kaspi” qəzetinin təsisçisi qeyd edib ki, Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: “Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O nə yazdısa, xalq onunla qürur duydu. Ümumiyyətlə, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, Tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.
S. Vəliyeva bildirib ki, Ümummilli lider görkəmli şairin məzarını Azərbaycana gətirməklə ailəni böyük məqbərə altına topladı: “Ümummilli lider Hüseyn Cavid ideologiyasını dəstəkləməklə bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən qiymət və tarixi xidmətdir.
Müsabiqə barədə məlumat verən “Kaspi” qəzetinin təsisçisi əlavə edib ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: “Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub. Məlumdur ki, Cavidin əsas prinsipi ədalət idi. Qaliblərin seçilməsində də bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz isə sizlərin sayəsində davamlı olacaq”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək vurğulayıb ki, bu günə kimi hər hansı bir şairin, yaxud yazıçının yubileyinə belə bir müsabiqə həsr olunmayıb. O, Cavidin Azərbaycana qayıdışını, tarixi bayram kimi qiymətləndirib.
Sonra çıxış müsabiqənin münsiflər heyətinin üzvlərinin çıxışı ilə davam etdirilib.
Tədbirdə şairin həyat və fəaliyyətini əks etdirən video-çarx da nümayiş olunub.
Sonda müsabiqənin qaliblərinə (Həmid Cəfərov, Telman Əliyev və Zakir Məmmədov) diplom və pul mükafatları təqdim edilib.

Xəbər 2739 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.08.2019
“1918-ci il hadisələri - unudulmayan tarix” sənədli filminin təqdimatı keçirilib
28.03.2019
İmadəddin Nəsiminin 650 ilik yubileyinə və Nəsimi ilinə həsr olunmuş konfrans keçirilib
20.02.2019
“ARB Günəş”in istehsalı olan “Xocalı” klipi təqdim edilib
14.02.2019
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib
30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

23 OKTYABR
14:00 PRESS-ANONS
23 Oktyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Səhər yeməyinin 7 faydası
22 OKTYABR  |   17:23
Kimə heyva yemək olmaz?
22 OKTYABR  |   16:39

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Orjinal Simitin hazırlanması
22 OKTYABR  |   18:00
Yerkökü keksi
22 OKTYABR  |   17:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info