
Ermənistan silahlı qüvvələri Tərtərin Çiləbürt, Ağdamın Nəmirli, Tağıbəyli, Cəvahirli, Novruzlu, Mərzili, Xocavəndin Kuropatkino, Füzulinin Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayılın Nüzgar və Mehdili kəndləri yaxınlığında, yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qarşı tərəf cavab atəşi ilə susdurulub.
|