İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

18 NOYABR
18:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:47 Makiyajın köməyi ilə burnu necə kiçiltmək olar?
17:35 Raxit mütləq müalicə olunmalıdır
17:24 “Səbail“in futbolçusu İslandiyaya qarşı oynadı
17:11 Elza Seyidcahanın qızı və nəvəsindən
17:04 Voleybol üzrə U-16 komandamız Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
17:00 Pendirli brokkoli şorbası
16:55 Futzal üzrə Yüksək Liqanın VIII turunun oyun cədvəli açıqlanıb
16:46 “Tamaşadan sonra ər-arvad olduq”
16:38 Sızanaq ləkələrini yox edən təbii üsullar
16:28 “Masters” turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək
16:16 Dərinizi qara nöqtələrdən təmizləyin!
16:08 Ağızda əriyən toyuq filesi
16:00 Dekabrda taekvondo üzrə respublika birinciliyi və çempionatı keçiriləcək
15:46 Gerye və Mustivar üçün bir xal
15:37 Dizlərimiz niyə ağrıyır?
15:23 Qarğıdalı unu ilə gözəlləşin!
15:11 Ayaqları soyuq saxlamaq immuniteti zəiflədir
15:00 Qaraçörəkotunun inanılmaz faydaları
14:45 XOŞBƏXT ÖVLAD BÖYÜTMƏK ÜÇÜN 10 MƏSLƏHƏT
14:36 Ürəyi vaxtsız qocaldan amillər
14:23 İdman etmədən də arıqlamaq mümkündür?
14:12 NƏNƏ-BABALARLA NƏVƏLƏR BİR-BİRLƏRİNƏ PSİXOLOJİ KÖMƏK EDİR
14:00 Avokadonun 5 özəl faydası
13:48 Onlar 2 ildir küsülüdür
13:35 Ramiz Novruz əməliyyat olunub
13:24 “Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və...“ - Tələbəlik illəri
13:12 Türkiyədə müalicə alan Xalq artistinin yeni görüntüsü
13:00 Hacı Nuran Portuqaliya kralının nəvəsi ilə
12:47 Azərbaycan-Ukrayna oyununun hakimləri müəyyənləşib
12:31 NASA-dan Marsla bağlı YENİ KƏŞF
12:25 Karbon qazını yanacağa çevirən süni yarpaq
12:13 14 min il əvvəl hazırlanmış mamont tələsi aşkar edilib
16 NOYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:49 Könülün qardaşının toyu oldu
12:33 Bu adada cəmi 9 insan yaşayır
12:25 Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
12:14 Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
12:00 Asan hazırlanan PORTAĞALLI PİROQ
11:46 Düyü maskası. Cavan, hamar dəri!

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90033)
2 PRESS-ANONS (34878)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32204)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30552)
5 Banan qabığı təbii məlhəmdir (29688)
“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
Tarix: 15.10 | Saat: 12:00 | E-mail | Çapa göndər

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon 420 min manat olan “Yunəyrici-boyaq” fabrikinin, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanılıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.
Dövlətimizin başçısı Lənkəranda xalça emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.
Bildirildi ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Qeyd olundu ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.
Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər.
Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Sonda xatirə şəkli çəkdirildi.

Xəbər 497 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.11.2019
Atəşkəs pozulub
14.11.2019
Atəşkəs pozulub
13.11.2019
Atəşkəs pozulub
08.11.2019
Atəşkəs pozulub
07.11.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

19 NOYABR
14:00 PRESS-ANONS
19 Noyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Raxit mütləq müalicə olunmalıdır
18 NOYABR  |   17:35
Dizlərimiz niyə ağrıyır?
18 NOYABR  |   15:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Makiyajın köməyi ilə burnu necə kiçiltmək olar?
18 NOYABR  |   17:47
Pendirli brokkoli şorbası
18 NOYABR  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info