İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 NOYABR
18:00 “Erkenci Kuş“un məşhur ulduzu Bakıya gələcək
17:47 PSJ İkardi ilə danışıqlara başladı
17:35 UŞAQLARA NEÇƏ YAŞINDAN KİTAB OXUMAQ OLAR?
17:25 Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası
17:11 Meyvə qabığı ilə gözəlləşin!
17:04 Ülviyyə getdi
17:00 UŞAQLARI NECƏ DİNLƏMƏLİ?
16:46 UŞAQLARLA DÜZGÜN MÜNASİBƏT QURMAĞIN YOLLARI
16:38 DİVARDAKI BOYA LƏKƏLƏRİNİ NECƏ APARMAQ OLAR?
16:22 UŞAĞIMIZA NECƏ SƏRHƏD QOYMALIYIQ?
16:15 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:05 Yeniyetmə voleybolçular arasında Bakı birinciliyinə start verilib
16:00 Dodaq boyasının qalıcı olması üçün TÖVSİYƏ
15:48 Effektli GECƏ MASKALARI. Səhər GÖZƏL oyanmaq üçün...
15:36 Saçlarını boyayan xanımların nəzərinə: bu səhvləri etməyin
15:28 Yağlı dəriyə düzgün qulluq
15:14 Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
15:00 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
14:46 Uşaqlarımıza necə hörmət göstərməliyik?
14:35 Avro-2020-nin oyunlarının göstərəcək kanallar
14:21 Səhər acqarına 1 stəkan su içmək nə üçün FAYDALIDIR?
14:13 Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK
14:00 Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...
13:47 Əzgil bu xəstəliklərə dərmandır. RESEPTLƏR
13:35 Xurmanın bu faydalarını bilirdinizmi? - DƏRMANLARI əvəz edən meyvə
13:28 NASA qanad çalan kosmik gəmi ilə Veneranın qaranlıq tərəfini tədqiq edəcək
13:14 Əti əvəz edən göbələyin bilmədiyiniz 12 faydası - Qanazlığı, şəkər, təzyiq...
13:00 Mədənin dostu - Kələm şirəsi
12:44 Əzələ ağrılarından qurtulmağın yolları
12:33 Azərbaycanlı aktrisa ailə qurur - ÖZÜ DƏ GÖRÜN HANSI MƏŞHURLA
12:25 İngiltərə millisi üçün 1000-ci oyun
12:12 İbrahimoviç ABŞ klubundan ayrılır
10:32 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:05 Atəşkəs pozulub
13 NOYABR
18:00 Qıvrım saçlara necə qulluq etməli?
17:40 Məşhur verilişin aparıcısı dəyişdi
17:28 Sağlam və cavan olmaq istəyənlərin NƏZƏRİNƏ
17:13 Emil Balayev mövsümün rəmzi komandasında
17:00 Azərbaycan - Uels oyununda məşhur hakim

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (89534)
2 PRESS-ANONS (34858)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32052)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30257)
5 Banan qabığı təbii məlhəmdir (29621)
TAP layihəsi üzrə işlərin 82 faizi yekunlaşıb
Tarix: 13.11 | Saat: 10:42 | E-mail | Çapa göndər

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP boru kəmərinin tikintisi davam etdirilir. Boru kəməri 2020-ci ildə istifadəyə veriləcək.
Qeyd edək ki, sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib.
TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 756 kilometrində, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların təxminən 90 faizi xəndəyə endirilib. Yunanıstan və Albaniyada xəndəyin qazılması işləri 97 faiz yekunlaşıb. TAP-ın borularının 90 faizdən çoxu Yunanıstan və Albaniya ərazisindədir. Yunanıstan və Albaniya marşrutunun 80 faizində torpaq örtüyü bərpa edilib. İki ölkədə boruların 98 faizi qaynaqlanıb.
Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq. TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təxminən 10 gəmidən istifadə edəcək.
TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.
Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Xəbər 669 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

14.11.2019
Dünya birjalarında neftin qiyməti bahalaşır
13.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşır
08.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
06.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
04.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

15 NOYABR
12:00 PRESS-ANONS
15 Noyabr Anons 2019
14:00 PRESS-ANONS
15 Noyabr Anons 2019
15:00 PRESS-ANONS
15 Noyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Səhər acqarına 1 stəkan su içmək nə üçün FAYDALIDIR?
14 NOYABR  |   14:21
Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK
14 NOYABR  |   14:13

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası
14 NOYABR  |   17:25
Meyvə qabığı ilə gözəlləşin!
14 NOYABR  |   17:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info