İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

15 OKTYABR
13:00 Ronaldodan 700-cü qol
12:47 “Maşın“ın finalçıları bəlli oldu
12:39 Depressiya Altsheymer riskini ikiqat artırır
12:29 Ədviyyatların müalicəvi xüsusiyyətləri
12:14 “Avro–2020”: Ukrayna Portuqaliyanı, İngiltərə isə Bolqarıstanı məğlub edib
14 OKTYABR
18:00 Üz üçün 5 ən yaxşı maska
17:44 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
17:33 Astronomlar nəhəng planet kəşf etdi
17:24 Ağardıcı düyü maskası
17:14 Qırışlara qarşı 3 effektli maska
17:05 Qədim yeraltı qitələrin sirri açıldı
17:00 Dərin qırışlar üçün maska
16:47 Saçlar üçün yumurta maskası
16:39 Bədən üçün skrab
16:23 Təmiz və parlaq dəri üçün maska
16:13 Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki
16:00 Azərbaycanlı aparcının estetiksiz arxiv fotosu yayıldı
15:48 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:35 Sağlam arıqlamağın SİRRİ AÇILDI
15:25 Yığmamızın rəqibi Paraqvayla heç-heçə etdi
15:12 Bədii və aerobika gimnastlarının yarış həyəcanı başa çatıb
15:00 Bubon nədir ?
14:49 Salyanda güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışları təşkil olunacaq
14:39 Payızın ən faydalı meyvələrində biri - Kimlər bol FEYXOA yeməlidir?
14:25 “Altın Kelebek”in azərbaycanlı namizədləri - Röya yenə gedir
14:11 “Avro 2020”: Bu gün səkkizinci tur çərçivəsində daha yeddi qarşılaşma keçiriləcək
14:00 Modapərəstlərin qəlbini fəth edən payız dəbi
13:49 Veteran güləşçilərimiz dünya çempionatında uğurla çıxış ediblər
13:38 Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin beşinci turunda mübarizə aparacaqlar
13:24 Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub
13:13 Quru göz sindromu nədir və necə müalicə olunur
13:00 Miri Yusif xanımını klipinə çəkdi
12:48 “Maşın”da ikinci dəfə qaldı, sözünün üstündə durdu
12:31 Südəmər uşaqlarda qaşınma
12:21 Patoloji reflekslər
12:11 Hansı çörək faydalıdır: ağ, yoxsa qara?
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:05 Atəşkəs pozulub
12 OKTYABR
13:00 Fransa millisində ciddi itki

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85330)
2 PRESS-ANONS (34721)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31282)
4 Banan qabığı təbii məlhəmdir (29398)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28646)
Siqaretdən daha zərərli vərdişlər
Tarix: 30.11 | Saat: 17:49 | E-mail | Çapa göndər

Həmişə siqaretin ziyanlarından, onu tərgitməyin vacibliyindən danışılır. Amma hər kəsin həyatında onu hər gün zəhərləyən və ziyan verən başqa vərdişlər də var. Həyatımıza heç bir təsiri olmadığını düşünməklə necə də yanılırıq... İdmana gedib sağlam qidalansaq da, alkoqol və siqaretdən imtina etsək də, paxıllıq etməyə, inciməyə və şikayətlənməyə davam edirik. Bəlkə, bunları da tərgitməliyik?
Hər insan həyatında bir dəfə də olsa, bu hissləri keçirib. Bir dəfə olsa, yaxşıdır, biz onları tez-tez yaşayırıq və sanki bu həyatın keyfiyyətinə heç cür təsir etmirmiş kimi narahat olmuruq. Amma həyatımıza təsirini bilsəydik, bir an içində onları tərgitməyə çalışardıq.
Etdiyimiz hər şey, əslində, bir məqsədə çatmağa istiqamətlənib - xoşbəxt olmaq. Amma bu vərdişləriniz olsa, nə etsəniz də, xoşbəxt ola bilməyəcəksiniz və buna səbəb maddi vəziyyətin aşağı olması, dostlar və sevdiyiniz adamla problemlər, sevimli məşğuliyyətin olmaması deyil. Həyatınızda nə cür mükəmməl şərait və vəziyyət olsa da, yenə də narazı olacaqsınız.
Oxu.Az Lifehacker.ru-ya istinadən dörd zəhərli vərdişi təqdim edir:
1. Paxıllıq
Bu, elə bir aldadıcı hissdir ki, nə öz uğurlarına, nə də başqalarının uğurlarına sevinməyə imkan verir. Sosial şəbəkələr bu hissin yaranmasını daha da asanlaşdırıb.
Yuta Ştat Universitetinin sosioloqlarının 435 tələbə arasına keçirdikləri sorğu nəticəsində məlum olub ki, insanın həyatına olan münasibəti sosial şəbəkələrdə keçirdiyi zamandan asılıdır. Digər həyatlara, daha doğrusu, onların redaktə olunmuş təsvirlərinə nə qədər baxsanız, o qədər də başqalarının sizdən daha xoşbəxt və rahat yaşadıqlarını düşünəcəksiniz.
Real həyatda paxıllıq hissi yaşayanlar kifayət qədərdir.
Nə etməli?
Əgər bircə gün paxıllıq etdiyiniz insanla yerlərinizi dəyişdirsəydiniz, bu, sizin xoşunuza gəlməzdi. Hər kəsin öz mübarizəsi və mükafatı var. Özünüzü heç kimlə müqayisə etməməlisiniz, hər kəsin fərqli keçmişi olub. Heç kimin müqayisə olunacaq dərəcədə eyniliyi yoxdur.
Hərənin öz həyat yolu var və çətinlik, problemlərlə mübarizə apararaq, onları həll edib rahat həyata qovuşmağa çalışırlar. Hər kəs əlində olan yeganə həyatın ən yaxşı versiyasını yaşamağa çalışır. Bunu digərlərinin əlindən almağa çalışmaq eqoistlikdir.
2. İncimək
İncimək hissini araşdırsaq, gözləntilərlə reallığın üst-üstə düşmədiyindən yarandığını görərik.
Məsələn, yolda yıxılırsınız və əlinizdəki ərzaqlar ətrafa dağılır. Yanınızda heç kim yoxdur, yaxınlıqda kor dilənçi dayanıb insanlardan sədəqə istəyir. Siz onun kömək edəcəyini heç düşünmürsünüz də, buna görə də heç bir inciklikdən söz gedə bilməz. Amma əgər orada iş yoldaşınız olsaydı və heç nə etmədən dayanıb baxsaydı, onda incikliyiniz ciddi olacaqdı, hətta bəlkə də, ömürlük.
Bu neqativ emosiyalar sizi hələ uzun müddət izləməyə davam edir. Həmin insanla bağlı istənilən xatırlamada içinizdə neqativ emosiyalar vulkanı püskürəcək, köhnəlmiş incikliklər sağlamlıq üçün daha da ziyanlıdır, müalicə oluna bilməyən travmalar kimi.
Necə xilas olmaq?
Bunun üçün, sadəcə, insanlardan heç nə gözləməməyi öyrənmək lazımdır. İnsanlar sizə heç nə - ən adicə, nəzakətli, xoş, qayğıkeş, anlayışlı, dostcanlı olmağa da məcbur deyillər. Hər şeyi olduğu kimi qəbul edin.
Əlbəttə, bu, o demək deyil ki, siz sizə kobudluq edənlərlə danışmalısınız. Sadəcə, seçimlər edin, kimlərlə danışmağa davam etməyi, kimlə sağollaşmağı qərarlaşdırın. İnciklik hissi olmadan həyat daha asan olacaq.
3. Şikayətlənmək
Şikayətlənmək vərdişə çevriləndən sonra həyatın necə keçməsindən asılı olmayaraq, insan deyinməyə, narazı olmağa nəsə tapır. Həmişə deyinən insan həyatındakı pozitiv məqamları görə bilmir, şükür etməyi bacarmır, həyatında ancaq mənfi hadisələri görür və hər kəsə də bu haqda danışır.
Həyatın obyektiv kadrı, dəyəri yoxdur, ancaq sizin gördüyünüz kimidir. Ancaq neqativi görürsünüzsə, demək, elədir. Bu, nə üçündür? Ətrafdan sizə yazığı gələn və üzülən baxışlar üçün?
4. Mühakimə
Rahatlıqla digərlərini mühakimə edib qınayırıq. Yaşından və cinsindən asılı olmayaraq, hər kəs qeybət edir.
Mühakimənin iki tərəfi var: digərlərini mühakimə və özünü mühakimə. Bu, içinizdəki sevgini öldürür və insanı mənfi emosiyalarla doldurur.
Nə etməli?
Dünyada hər kəsin səhv etmək hüququ var, digər heç kimin beynində yaşamamışıq, onun yaşam tərzini, əvvəllər necə yaşadığını, ağlında hansı fikirlərin fırlandığını bilə bilmərik. Belə olan halda, mühakimə etmək futbol oyununda stadionda nə baş verdiyini görmədən oyunu ancaq tribunadakı qışqırıqlar əsasında təsvir edib, fikir bildirməyə bənzəyir.
Özünü - ən yaxşı tanıdığın insanı mühakimə etmək isə, sadəcə, bilin ki, heç vaxt heç nəyə aparıb çıxarmayacaq. Bəlkə də, bu vərdiş sizə valideylərinizdən keçib, bilin ki, o, heç vaxt motivasiya etmir, ruhlandırmır. Əksinə, özünüzü uğursuz hiss etməyinizə, bununla barışıb əzab çəkməyinizə səbəb olur.
Bəzən özünüzə yazığınız gəlməyə başlayır. Bunu özünütənqidlə əvəz etmək olar. O halda insan, sadəcə, düzgün etmədiklərini görüb üzərində işləyir, özünü sevərək daha yaxşı biri olmağa çalışır.
Bütün ziyanlı vərdişləri tərgitməyin belə bir üsulu da var. 21 gün köhnə vərdişi tərgitmək və ya yeni vərdiş qazanmaq üçün kifayət edən vaxtdır. Yəni, sadəcə, 21 gün ərzində bunları etməsəniz, onlar artıq sizin vərdişiniz olmayacaq.

Xəbər 762 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

14.10.2019
Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
14.10.2019
Astronomlar nəhəng planet kəşf etdi
14.10.2019
Qədim yeraltı qitələrin sirri açıldı
14.10.2019
Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub
12.10.2019
NASA orbitə yeni peyk buraxdı - Yerin ion təbəqəsini tədqiq edəcək


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

15 OKTYABR
14:00 PRESS-ANONS
15 Oktyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Depressiya Altsheymer riskini ikiqat artırır
15 OKTYABR  |   12:39
Ədviyyatların müalicəvi xüsusiyyətləri
15 OKTYABR  |   12:29

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Üz üçün 5 ən yaxşı maska
14 OKTYABR  |   18:00
Ağardıcı düyü maskası
14 OKTYABR  |   17:24

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1362

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info