İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 NOYABR
18:00 Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
17:46 Məşhur aparıcı ATA OLDU
17:35 Pendir və mayonezlə BALIQ SOBADA
17:24 Kosmetik gilin istifadəsi
17:12 Pişik baxışları makiyajı - Hər zaman dəbdə olan makiyaj
17:00 Pomidorla qoyun əti
16:45 Rənglərin orqanizmə təsiri
16:36 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
16:28 Qadın güləşçilərimiz açıq Rusiya kuboku yarışında güclərini sınayacaqlar
16:15 İdeal dəriyə qovuşmaq üçün 3 maska
16:00 “Golden Boy-2019“a üç namizədin adı açıqlandı
15:43 Dişlər yaddaş funksiyasına təsir edir
15:31 Artroz (osteoartroz)
15:23 Dəri sallanmasına qarşı ən effektiv qidalar
15:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Bu da azərbaycanlı müğənninin övladları
14:46 Namiqin Almaniya arzusu puç oldu - Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq
14:38 Fındıqlı və pudinqli keks
14:29 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
14:15 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
14:00 Quru tut dəmləməsi - Təbii öskürək dərmanı
13:47 Kələmin qızıldan qiymətli faydaları. Hər gün yeyin!
13:36 Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin. RESEPTLƏR
13:25 Soyuq hava əllərinizi qurudursa... Təbii vasitələr
13:15 “Milan“ İbrahimoviçlə danışıqlara başladı
13:00 “Bavariya“da yeni müqavilə
12:46 Planetimizdəki ilk quşun qalıqları tapıldı
12:32 İşıqdan istifadə edən “gələcəyin tranzistorları“ təqdim edilib
12:24 Robot balıq ixtira edilib
12:11 İlkin Misgərli qızları ilə
20 NOYABR
18:00 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
17:48 “Bu nişan 10 il əvvəl olmalı idi“
17:38 Premyer Liqamızda 12-ci turun hakimləri
17:24 NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi
17:12 Süni intellekt münsif rolunda çıxış etdi
17:00 Xalq artisti niyə dəvə yunundan döşəkdə yatır?
16:44 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
16:34 Könül bu dəfə Tunisdə filmə çəkilir
16:31 Bonuççi daha 5 il “Yuventus“da
16:23 İtalyan biskviti MARQARİTA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90488)
2 PRESS-ANONS (34893)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32343)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30740)
5 Banan qabığı təbii məlhəmdir (29729)
Mixək. Faydaları və müalicəvi RESEPTLƏR
Tarix: 07.02 | Saat: 15:48 | E-mail | Çapa göndər

Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır.
Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir. Əkiləndən 20 il sonra mixək ağacının çiçək qönçələri toplanaraq istifadə edilir. Ağac 50 ilə qədər ildə iki dəfə çiçəkləyərək çoxlu məhsul verir.
Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. Marinad, sous, pudinq, kisel, kompot və bir sıra şirniyyatlar, qənnadı məmulatları və xörəklərin hazırlanmasında ədviyyat kimi istifadə edilir. Uzun müddət qaynama prosesində dad və ətrini itirərək acılaşır. Ona görə də mixəyi bişirmə və ya dəmləmə prosesinin başa çatmasına 3-5 dəqiqə qalmış əlavə etmək lazımdır.
Mixəyin qönçələri evgenol, kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir. Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad verir.
Mixək efir yağı bir çox inkişaf etmiş ölkələrində dərman istehsalı zamanı istifadə edilir. Ondan yerli qıcıqlandırıcı, isidici, ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəm, balzam və dərmanların hazırlanmasında istifadə edilir.
Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.
Tərkibində olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.
Uçucu xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.
Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.
Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.
Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.
Onun tərkibində olan maddələrin əksəriyyəti büzücü xarakterlidir, lakin bitki lifləri sayəsində bağırsaqların peristaltikasını tənzimləmək xüsusiyyətinə malikdir.
Mixək efir yağının tərkibində olan evgenoldan ginekologiyada geniş istifadə edilir. Uşaqlıq əzələlərinin yığılmasını gücləndirərək doğuşu asanlaşdırmaq xüsusiyyətinə malikdir, həmçinin uşaqlığın tonusunu artıraraq zəif və az olan menstruasiyanı tənzimləyir.
Mixək yağının afrodiziak təsiri cinsi həvəsi artırır.
Artroz, artrit və travma, göz xəstəlikləri, astma, hipotoniya və həşərat sancmaları zamanı da müalicəvi təsirə malikdir.
Məsləhət: SOS
Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.
Xalq təbabətində mixek çox geniş istifadə olunur. Bəzi xalq təbabəti reseptlərini sizə təqdim edirik.
- 200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5 dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda saxlanaraq içilir.
- 100 ml zeytun yağının üzərinə 1 xörək qaşığı mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur, süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Oynaq ağrıları və gec sağalan yaralarda yerli olaraq istifadə edilir.
- 1 çay qaşığı balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır. Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.
Maraqlı bilgilər
Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.
Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.
Güvə və ağcaqanaddan qorunmaq üçün 1 ədəd bütöv limon və ya portağalın üzərinə sıx şəkildə mixək sancılıb otağın künclərinə qoyulur.
Saglamolun.Az

Xəbər 381 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.11.2019
Rənglərin orqanizmə təsiri
21.11.2019
Dişlər yaddaş funksiyasına təsir edir
21.11.2019
Artroz (osteoartroz)
21.11.2019
Quru tut dəmləməsi - Təbii öskürək dərmanı
21.11.2019
Kələmin qızıldan qiymətli faydaları. Hər gün yeyin!


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Rənglərin orqanizmə təsiri
21 NOYABR  |   16:45
Dişlər yaddaş funksiyasına təsir edir
21 NOYABR  |   15:43

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
21 NOYABR  |   18:00
Pendir və mayonezlə BALIQ SOBADA
21 NOYABR  |   17:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info