İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 AVQUST
17:28 Premyer Liqamızda 3-cü turun oyunlarının saatı açıqlandı
17:16 “Qarabağ“ “Linfild“ə qarşı
17:00 “Beşiktaş” “Tottenhem”in oyunçusunu aldı
16:48 Üzümlə zərif piroq
16:35 Şaftalı ilə yumşaq və dadlı keks
16:21 Simit resepti
16:12 Qeyri-adi kremlə dadlı tort
16:00 Uşağın tərsliyini necə aradan qaldırmalı
15:47 Uşaqların üstünə qışqırmayın!
15:35 Ailə səadəti üçün 39 məsləhət
15:24 Sənubər İsgəndərli seriala çəkilir
15:15 Bekhemin klubundan Suaresə təklif
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:46 Üzüm yarpağından cavanlaşdırıcı, qırışlara qarşı asan maska resepti
14:35 Üz üçün effektiv maskalar
14:22 Yeməkdən sonra mütləq pendir yeyin. Çox faydalıdır!
14:14 Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!
14:00 Boyun osteoxondrozu zamanı XALQ TƏBABƏTİ VASİTƏLƏRİ
13:48 Dəfnə yarpağı - həm ədviyyat, həm dərman
13:39 Üzünüzü yuyanda suya sirkə əlavə edin. Əla nəticə!
13:28 Hıçqırıq nədir: yaranma səbəbləri, qarşısını alan MÜKƏMMƏL ÜSULLAR
13:13 Toxumu da, gülü də faydalıdır - YANIQ YARALARINI SAĞALDIR, SİDİK QOVUCU TƏSİRƏ MALİKDİR
13:00 Yeni nanoelementlər hazırlanır
12:49 “Çelsi”nin futbolçusu rəsmən “Roma”da
12:35 “Qalatasaray“ yunan hücumçu ilə yolları ayırdı
12:23 Qətərin paytaxtında qeyri-adi yol istifadəyə verilib
12:14 Robot it komandalara reaksiya verir
10:25 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 AVQUST
18:00 Premyer Liqamızda 2-ci turun hakimləri açıqlandı
17:49 Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
17:39 Bolqar bibərinin bilmədikləriniz faydaları
17:25 Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
17:12 İspanağın faydaları
17:00 Qara nöqtələrdən azad olmağın sadə yolu
16:47 Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
16:38 “Beşiktaş“dan Fransa klubuna
16:27 Heyva dənəsi, portağal, limon... - Dəriyə faydalı maskalar
16:15 Balqabaq şirəsinin faydaları haqqında

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76635)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29947)
4 Banan qabığı təbii məlhəmdir (28820)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24871)
İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək
Tarix: 15.02 | Saat: 10:36 | E-mail | Çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 17-də respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin gün 3432 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır. Dövlət İmtahan Mərkəzi imtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.
Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Belə ki, şagirdlərin şəkli “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.
İmtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3432 (Bakıda 1447, Gəncədə 301, Şəmkirdə 56, Gədəbəydə 71, Qazaxda 58, Tovuzda 71, Sumqayıtda 288, Şamaxıda 78, Qaxda 78, Bərdədə 139, Göyçayda 72, Kürdəmirdə 39, Zərdabda 32, Şirvanda 115, Sabirabadda 80, Biləsuvarda 33, Salyanda 55, Saatlıda 77, Lənkəran 43, Cəlilabadda 113, Qubada 77, Qusarda 40, Xaçmazda 69 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 34 imtahan rəhbəri, 314 nəzarətçi-müəllim ayrılıb.

Xəbər 940 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
15.08.2019
Kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb
14.08.2019
Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
10.08.2019
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir
09.08.2019
Tələbə adını qazanmış abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Yeməkdən sonra mütləq pendir yeyin. Çox faydalıdır!
22 AVQUST  |   14:22
Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!
22 AVQUST  |   14:14

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Üzümlə zərif piroq
22 AVQUST  |   16:48
Şaftalı ilə yumşaq və dadlı keks
22 AVQUST  |   16:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info