İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 AVQUST
18:00 Tənqid etmək taktikası
17:49 Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
17:37 Əgər qidanızdan badımcan əksik etməsəniz...
17:28 Premyer Liqamızda 3-cü turun oyunlarının saatı açıqlandı
17:16 “Qarabağ“ “Linfild“ə qarşı
17:00 “Beşiktaş” “Tottenhem”in oyunçusunu aldı
16:48 Üzümlə zərif piroq
16:35 Şaftalı ilə yumşaq və dadlı keks
16:21 Simit resepti
16:12 Qeyri-adi kremlə dadlı tort
16:00 Uşağın tərsliyini necə aradan qaldırmalı
15:47 Uşaqların üstünə qışqırmayın!
15:35 Ailə səadəti üçün 39 məsləhət
15:24 Sənubər İsgəndərli seriala çəkilir
15:15 Bekhemin klubundan Suaresə təklif
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:46 Üzüm yarpağından cavanlaşdırıcı, qırışlara qarşı asan maska resepti
14:35 Üz üçün effektiv maskalar
14:22 Yeməkdən sonra mütləq pendir yeyin. Çox faydalıdır!
14:14 Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!
14:00 Boyun osteoxondrozu zamanı XALQ TƏBABƏTİ VASİTƏLƏRİ
13:48 Dəfnə yarpağı - həm ədviyyat, həm dərman
13:39 Üzünüzü yuyanda suya sirkə əlavə edin. Əla nəticə!
13:28 Hıçqırıq nədir: yaranma səbəbləri, qarşısını alan MÜKƏMMƏL ÜSULLAR
13:13 Toxumu da, gülü də faydalıdır - YANIQ YARALARINI SAĞALDIR, SİDİK QOVUCU TƏSİRƏ MALİKDİR
13:00 Yeni nanoelementlər hazırlanır
12:49 “Çelsi”nin futbolçusu rəsmən “Roma”da
12:35 “Qalatasaray“ yunan hücumçu ilə yolları ayırdı
12:23 Qətərin paytaxtında qeyri-adi yol istifadəyə verilib
12:14 Robot it komandalara reaksiya verir
10:25 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 AVQUST
18:00 Premyer Liqamızda 2-ci turun hakimləri açıqlandı
17:49 Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
17:39 Bolqar bibərinin bilmədikləriniz faydaları
17:25 Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
17:12 İspanağın faydaları
17:00 Qara nöqtələrdən azad olmağın sadə yolu
16:47 Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76642)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29947)
4 Banan qabığı təbii məlhəmdir (28820)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24871)
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
Tarix: 15.02 | Saat: 11:00 | E-mail | Çapa göndər

Təqaüd sisteminin təkmilləşdirilməsi ölkə rəhbərinin təhsilə qayğısının bariz nümunəsidir. Bu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikri fevralın 15-də təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların icrası ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.
Nazir qeyd edib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.
Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mətbuat konfransında məlumat verilib ki, ölkə Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq.
“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.
Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.
2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda, ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib.

Xəbər 529 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
15.08.2019
Kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi başlanıb
14.08.2019
Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır
10.08.2019
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir
09.08.2019
Tələbə adını qazanmış abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
22 AVQUST  |   17:49
Əgər qidanızdan badımcan əksik etməsəniz...
22 AVQUST  |   17:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Üzümlə zərif piroq
22 AVQUST  |   16:48
Şaftalı ilə yumşaq və dadlı keks
22 AVQUST  |   16:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info