İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 SENTYABR
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:06 Atəşkəs pozulub
21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı
11:35 6 minillik tarixi olan artefakt tapıldı
11:25 Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ
11:14 Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
20 SENTYABR
18:00 Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
17:45 Yunanıstanın Krit adası
17:35 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:24 Keyta qayıtdı
17:14 Dəvə hörümçəyi
17:00 Hündürboy görünmək üçün bunları edin
16:47 Saçlarınız tökülür və tez yağlanırsa bu maskanı mütləq edin
16:39 Dərini ağardan maskalar
16:28 Saçları tez uzadan və gurlaşdıran xardal maskası
16:16 Saçlarınız tez yağlanırsa...
16:00 Saç üçün yumurtalı maskalar
15:49 “Düdelanj“dan ilk
15:38 ÇL-də həftənin ən yaxşı oyunçusu - 19 yaşı var
15:24 Son 4 sərbəst güləşçimizin rəqibi müəyyənləşdi - Dünya çempionatı
15:11 Əllərdəki qırışlara son qoyacaq maska
15:00 Ev şəraitində üzünüzə belə qulluq edin
14:46 Xardalın müalicəvi xüsusiyyətləri
14:32 Zəfəranın faydaları
14:24 Qaraqınıq bitkisinin faydaları
14:12 İspanağın bilmədiyiniz faydaları
14:00 Moruq – sağlamlıq üçün 5 resept
13:47 Nailə İslamzadənin aparacağı veriliş bəlli olub
13:36 “Bu dünya həm acı, həm də şirindir“ - Aygün Kazımova
13:27 Avroliqada həftənin rəmzi komandası açıqalandı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81499)
2 PRESS-ANONS (34641)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30642)
4 Banan qabığı təbii məlhəmdir (29118)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26800)
“Göy girsin, qırmızı çıxsın“ - Qədim türklərin andının maraqlı tarixi
Tarix: 08.04 | Saat: 13:25 | E-mail | Çapa göndər

And içmək nədir? Yəqin ki, həyatımız boyu hər birimiz dəfələrlə and içirik. Bəs insan niyə and içir? Biz müqəddəs varlıqların, yaxud ən istəkli bir şəxsin adını çəkməklə dediyimizin həqiqiliyinə inandırmaq üçün and içirik.
Milli.Az ölkə.az-a istinadən qədim vaxtlardan bu günümüzə kimi gəlib çıxan and içmə haqqında araşdırmanı təqdim edir:
Bineyi-qədimdən türk millətinin müxtəlif andları olub: "qılıncıma doğranım", "göy girsin, qırmızı çıxsın", "Göy haqqı", "Od haqqı", "Su haqqı", "Torpaq haqqı" və s.
Türkiyə türkləri "yemin etmek", Azərbaycan türkləri isə "and içmək", "and içdim" deyirlər. Göründüyü kimi sözün təribində içmək sözü var. Bir çoxları düşünə bilər ki, bu adi söz birləşməsidir. Amma bu and içmək sözünün çox qədim bir tarixi var.
Qədimdə türklər aralarında bir məsələ ilə bağlı ayin həyata keçirəndə ovuclarını qılıncla kəsərək, çıxan qanı süd ilə qarışdırırdılar. Bu, inək, at və dəvə südü ola bilərdi. Qan ilə qarışdırılan süd tərəflər arasında içilirdi.
Bu ayinlərdə qardaşlıq süd ilə möhkəmləndirilirdi. Qan və südlə dolu kasa and adlanırdı. And içən insanları "anda" adlandırırdılar.
"Anda"lar verdikləri andı poza bilməzdilər. Andını pozan şəxs şərəfini itirmiş sayılırdı. Qədim türklərin inancı belə idi.
Xaqan türk dövlətini idarə etməyə başlayanda əvvəlcə xalqı və Tanrısı qarşısında "ant" içərək söz verir, and içirdi.
Çuvaş və altaylıların türk mifologiyasında "ant" sözünü "tobada" kimi işlədirlər. Bəzi yerlərdə bu söz "tupata" kimi yazılır və tələffüz edilir. Bu söz müsəlmanların "Vallah" və "Billah" sözləri mənasında işlədilir. Bəzi mənbələrin iddiasına görə, "toba doğru deyirəm" frazasının kökü də bu "tobada" sözündən gəlir.
Bir çox tədqiqatçı isə bu fikrin əleyhinə çıxır və bildirir ki, "toba doğru deyirəm" frazasındakı "toba" sözü İslam tövbəsindən gəlir.
Qıpçaqlar və yadlar, bələdçi və səyyahlar arasında iki cür andiçmə ayini var. Kedaranın hər bir oğlu yol yoldaşı ilə özünü bu andiçmə yolu ilə bağlayır. O, iynəni barmağına batırır və onunla yol gedəcək şəxsə uzadır. Yol yoldaşı iynənin açdığı deşikdən çıxan qanı sorur. Bu dəqiqədən sonra yol yoldaşı onun qanı və canı olur.
Başqa cür andiçmə ayini də var. İnsan sifəti formasında mis və dəmir qabı doldururlar. Səyyah və bələdçi bu qabdan içir. Bundan sonra bələdçi səyyahına heç vaxt xəyanət edə bilməz.
1100 il əvvəl macarların tarixində böyük bir hadisə baş verir. 7 macar tayfası arasında qan qardaşlığı təsis edilir. Macar türkoloqu və professoru Torma Yojef yazır: "Bu ritualın izlərini ilk dəfə Türkiyədə gördüm. Nevşehir vilayətinin Özkonak kəndində bu hadisə ilə rastlaşdım. Burada eyni cinsdən uşaqlar bir-birlərini bacı və qardaş kimi qəbul edirlər. Onlar biləklərini kəsirlər və qanlarını bir-birinə qarışdırırlar və bir-birlərinə hədiyyə verirlər. Bundan sonra isə bir-birlərinə tam etimad edib sirrlərini bölüşürlər. Mən bu məlumatı uşaqlıq xatirələrini paylaşan bir qadından almışam. O, bildirir ki, uşaq vaxtı rəfiqəsi ilə belə bir ritual həyata keçirib. Qadın əlavə etdi ki, oğlan uşaqları da öz aralarında belə andiçmə mərasimi həyata keçirirdilər. Bundan sonra Türkiyənin müxtəlif ərazilərində uşaqlar arasında belə bir adətin hökm sürdüyünün şahidi oldum. Bu məlumatlar mənim 1979-cu ildə şərqi Başqırdıstanda yazdığım və qeydə aldığım hadisələrə çox bənzərdir. Bu ərazidə qadınlar və ya qızlar rəfiqələrinə qarşılıqlı surətdə sirrlərini açaraq bir-birlərini yaxın dost kimi qəbul edirlər. Başqırdlarda rəfiqə, dost "əxirət", "əxirətter" adlanır. Bu dostlar arasında bu söhbət hədiyyə mübadiləsi ilə müşayiət edilir. Amma qan qardaşlığı motivləri yoxdur. Bu andı içənlər qanlarını qarışdırmır və qan içmirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, bu adət ancaq qadınlar və qızlar arasında keçirilir.
Qan qardaşlığı ayinləri skiflər arasında da geniş yayılıbmış. Bir-birlərini qardaş elan edən şəxslər böyük bir qaba qan axıdır, silahlarını ora atırdılar. Bu silahlara qılınc, xəncər və ox aid idi. Sonra isə bu qabdan növbə ilə qan içərək and içirdilər.
Qədim türklərin andiçmə mərasiminə aid eramızdan əvvəl 1-ci əsrə aid tarixi məlumatlar var. Məlumata əsasən, Hun xaqanı Huhanye ilə Çin elçiləri Çan və Mın arasında imzalanan dostluq və qardaşlıq münasibəti Çin mirzələri tərəfindən qeydə alınmışdır. Rahib Hyacinth yazır: "Han və Hunlar bir sülalə təşkil edirlər. Nəsilləri boyu bir-birini aldatmaz, bir-birinə hücum etməz, oğurluq olanda bir-birinə məlumat verərlər. Oğrular cəzalandırılar, zərərlərin qarşılığı ödənər, hansı tərəfə düşmən hücum etsə, digər tərəf ordusu ilə kömək edər. Bu andı kim pozsa, Tanrı onu cəzalandırsın, nəsilləri boyu bu andın cəzası altında inləsin".
Çin elçiləri Çan və Mın, hun xaqanı Huhanye və sərkərdələr No-Şuy çayının şərqindəki Hun dağına çıxdılar və bir ağ atı qurban kəsdilər. Xaqan səfərlərdə istifadə etdiyi ən dəyərli qılıncının ucunu şəraba batırdı və "ant"lı şərabı Tileçi xanın kəllə sümüyündən hazırlanmış piyalə ilə içdi. Çan və Mın Çinə qayıtdıqdan sonra saraydakı dövlət adamları belə bir ağır "ant" yükünün altına girdikləri üçün elçiləri danladılar və bu anddan qurtulmaq üçün Tanrıya qurban təqdim etməyi təklif etdilər.
VIII əsrə aid hadisələrdən bəhs edən bir Çin mənbəsi də uyğurlarla çinli sərkərdə arasında həyata keçirilən andiçmə mərasimini təsvir edir:
"Çinli sərkərdə dedi: "Tan sülaləsindən Göy oğluna on min il. Uyğur xaqanına da on min il. Hər iki hökmdar qarşılıqlı sülh içində olsunlar. Onlardan hansı bu əhdi pozsa, savaşda canı çıxsın, soyu qurusun".
"Ant" şərabı gətiriləndə Uyğur sərkərdələri: "Sənin andınla ant edirik"- dedilər.
VI əsrdə yaşayan avarların xaqanına aid edilən bir andiçmə mərasimi Bizans tarixçisi Menander tərəfindən qələmə alınıb. Bu ant Bizans və avarlar arasındakı sözləşməni razılaşdırmaq üçün nəzərdə tutulmuşdu.
Avar xaqanı Bayan belə and içib: "Sava üzərində körpü qurmaqla romalıları çətin vəziyyətə salmaq niyyətində isəm, mən Bayan məhv olum. Bütün avarlar məhv olsun. Göy üstümüzə yıxılsın. Göy Tanrının alovlu oxları bizi öldürsün. Dağlar və meşələr başımıza yıxılsın. Sava suyu daşaraq bizi udsun".
Ərəb tarixçiləri də türklərin adət-ənənələrindən bəhs edəndə and mövzusuna toxunublar. X əsrin birinci yarısında yaşayan və əsər yazan İbn-ül-Fakih yazırdı: "Türklər misdən hazırlanmış bir bütün önündə and içərmişlər. Bütün önündə içində su olan bir qab var. Suyun içinə qızıl və bir ovuc buğda atırlar. Qabın altında bir ədəd qadın paltarı var. And içən: "Andımı pozsam, qadın paltarı geyinəcəm, məni buğda kimi biçsinlər, üzüm qızıl kimi saralsın"-deyərmiş".
Mahmud Qaşqarlı da türklərin qədim andları barədə yazıb. O, "göy girsin, qırmızı çıxsın" andını belə izah edirdi:
"Bu sözün başqa bir mənası var. Qırğız, tabaku, qıpçaq və digər türk tayfaları and içəndə qılınclarını çıxarıb "göy girsin, qırmızı çıxsın" deyərlər. Yəni, sözümdə durmasam qılıncım qanıma bulansın, dəmir məndən qisasını alsın. Çünki türklər dəmirə təzim edirlər".
"Dədə Qorqud" dastanında da oğuz igidlərinin andları qarğışlardan ibarətdir. 12-ci boyda isə bildiyimiz mənada nəyəsə əl vurub and içmək barədə məlumat var.
Bamsı Beyrək Qazan Xana asi olmayacağını bildirir: "Mən Qazanın nemətini çox yemişəm, bilməsəm, gözümə dursun! Qara qoç qazılıq atına çox minmişəm, bilməsəm mənə tabut olsun! Gözəl qaftanlarını çox geyinmişəm, bilməsəm kəfənim olsun! Qırmızı dərgah otağına çox girmişəm, bilməsəm mənə zindan olsun!".
Beyrək belə and içib: "Oğuz elinə sağ-salamat çatsam, gəlib səndən halallıq almasam, qılıncıma doğranım, oxuma sancılım, yer kimi aralanım, torpaq kimi sovrulum".

Xəbər 465 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.09.2019
6 minillik tarixi olan artefakt tapıldı
21.09.2019
Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
20.09.2019
Yunanıstanın Krit adası
20.09.2019
Dəvə hörümçəyi
19.09.2019
Tətildən sonra iş


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Razyananın faydalı xüsusiyyətləri
21 SENTYABR  |   12:24
Şüyüdün faydaları
21 SENTYABR  |   12:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
21 SENTYABR  |   12:47
Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
21 SENTYABR  |   12:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info