İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 İYUL
18:00 Depressiyanı, stressi azaltmaq, immuniteti gücləndirmək üçün çox sadə üsul
17:44 Pul xoşbəxtlik gətirmir – Araşdırma
17:36 Xəstə olduğunuz zaman başınızı şimal tərəfə qoymayın: Şərq təbabətinin 10 SİRRİ
17:25 Polyanna sindromu
17:14 “Kəpəz“də yeni baş məşqçi - Rəsmi
17:00 İnyesta La Liqanın səfiri seçildi
16:47 “Beşiktaş“dan ayrılan Adrianonun yeni klubu
16:33 “Real“dan “Arsenal“a - razılıq əldə olundu
16:25 “Qarabağ”ın cavab oyununa hakim təyinatları açıqlandı
16:14 Cavanlaşdırıcı ALMA MASKALARI. Ucuz və effektli!
16:00 “Qadın kimi xoşbəxt deyiləm“
15:43 Məxmər kimi dəri üçün ƏNCİR MASKALARI
15:32 Süd daşarkən nə etməli?
15:24 Nəzakət Teymurova: “Bu yara bizdə sağalmaz izlər buraxdı“
15:15 “Şəhidlərimin nənəsi yaşındayam, ad günü keçirmək harama yaraşır?“
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Squşonka və şaftalı ilə ÇOX DADLI PİROQ
14:39 Şokoladlı bulkalar. Asan resept
14:28 Cavanlaşdırıcı ALBALI MASKAları
14:15 Qaraciyəri qoruyan ən SADƏ RESEPT
14:00 Ən çox milyarderin yaşadığı şəhərlər
13:46 Boğaz ağrısının səbələri nələrdir? - MÜALİCƏSİ
13:37 4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir
13:25 Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK - Səbəbləri, müalicəsi
13:16 Dırnağını göstər, xəstəliyini deyim...
13:00 “Neymarı transfer etmək çətindir“ - Qrizmann
12:47 51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb
12:33 Nadir Qafarzadə bağ evini niyə satıb?
12:24 Tarkan izləyicilərindən kömək istədi
12:12 “Xoşbəxtəm...“ - Mələkxanım Əyyubova
10:45 Los-Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib
10:36 Gədəbəydə daha bir yol yenidən qurulur
10:27 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:03 Atəşkəs pozulub
10:00 Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İYUL
16:00 Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA
15:43 Hər dəfə yeməkdən sonra etdiyiniz 5 təhlükəli səhv
15:22 Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atıldı
15:14 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (71635)
2 PRESS-ANONS (34273)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (28823)
4 Banan qabığı təbii məlhəmdir (28306)
5 Qreyfrutun faydaları və zərərləri (23528)
Şəkərin, babasilin, iltihablanmanın dərmanı olan alaq bitkisi - Əsl zamanıdır...
Tarix: 10.07 | Saat: 14:21 | E-mail | Çapa göndər

4 min illik tarixi olan pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.
XIX əsrdə Avropaya gətirilən pərpətöyünü Qədim Misirdə xörəyə əlavə ediblər.
Orta əsrlərdə Ərəblər pərpətöyünü “bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda daha çox dərman bitkisi kimi tanınması öz ifadəsini Hipokratın əsərlərində tapıb. Pərpətöyünlə ilan sancmasını, müxtəlif yaraları, hətta yuxusuzluğu müalicə edirdilər. Məşhur təbib Böyük Plini bitkilər arasında məhz pərpətöyünü “istifadəyə məcbur” hesab etmişdi. Məşhur şərq loğmanı İbn Sina da onu ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Hindistan və Fransada, Qafqaz və Aralıq dənizi ölkələrində yetişdirilir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Bir çox bölgələrdə ona pərpərəng də deyirlər.
Pərpətöyünün tərkibi A, B1, B2, B6, E, K, PP, C, vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan, omeqa 3 və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.
-Zəhərli ilan və həşəratların sancması zamanı, araciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur.
-Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.
-Enterokolit və hemorroy (babasil) zamanı ağrı hissiyyatını aradan qaldırır.
-Tərkibindəki K vitamin qankəsici təsir göstərir.
-Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
-Mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir.
-Ürək fəaliyyətini normallaşdırır
- Qanda xolesterinin səviyyəsini azaldır
-Arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır
-Gövdəsinin və yarpaqlarının tərkibində olan selikli maddələr dəri və selikli qişaların regenerasiyasını artırır
-Dərialtı kollagenin parçalanmasını ləngidir
-Tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır
-Dəri yaşlanmasının qarşısını alır
-Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir
DİQQƏT
Hər bitki kimi pərpətöyünü də kor təbii şəkildə istifadə etmək olmaz. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar. Uşaqlığın tonusunu artırdığına görə hamilə qadınların istifadə etməsi məsləhət deyil.
Pərpətöyündən həm qovurma, həm salat, həm də turşu hazırlanır.
Pərpətöyündən müalicəvi reseptlər də hazırlanır.
2 xörək qaşığı təzə pərpətöyün üzərinə 1 stəkan su əlavə edilir, zəif ocaqda 10 dəqiqə qaynadılır, ocaqdan götürülür, yun dəsmala bükülərək 1,5-2 saat dəmlənir, süzülür. Alınan dəmləmə artrit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir, baş dərisində kəpəklənmə və saç tökülməsi zamanı saçların diblərinə çəkilir.
Pərpətöyün turşusu
1 kq iri, ətli pərpətöyün zoğları yarpaqları ilə birlikdə axar su altında təmiz yuyulur. Hərəsində 10-12 ədəd olmaqla dəstə-dəstə bağlanır, sıra ilə 2 litrlik şüşə bankaya yığılır, hər sıranın arasına 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir, qapağı bağlanır. Sərin yerdə saxlanır.
Qatıqlı pərpətöyün salatı
- 1 böyük dəstə təzə pərpətöyün
- 2 fincan süzmə qatıq
- 2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)
- Quru nanə (zövqə görə)
- Duz, qırmızı bibər (zövqə görə)
- Zeytun yağı.
Hazırlanması qaydası:
Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün əlavə olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir. Hazır salat dayaz boşqaba çəkilir, üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.
Pərpətöyünlü ayrannaş
Pərpətöyün yuyulur, sərt olmayan gövdələri ilə birlikdə doğranılır, yumru düyü ilə qaynadılır. Bişirdikdən sonra istəyə görə sarımsaq əlavə edilir. Digər göylərdən də istifadə edə bilərsiz. Kənarda qatıq çalınır, üzərinə tökülür. Çiy dovğa şəklində içilir. Ayrannaş dovğadan daha faydalıdır. Çünki ayrannaşda qatıq bişirilmir. Bəzi yerlərdə ayrannaşa "soyuq şorba" da deyirlər.
Təqdim etdiyimiz reseptlər pərpətöyünlə hazırlanan yeməklərdən sadəcə olaraq bir neçəsi idi. Dünya mətbəxində ətlə, tərəvəzlə də hazırlanan bu bitkinin möcüzəsindən hazır fəsliykən siz də yararlanın.
TurpKimi.com

Xəbər 74 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.07.2019
Xəstə olduğunuz zaman başınızı şimal tərəfə qoymayın: Şərq təbabətinin 10 SİRRİ
23.07.2019
Qaraciyəri qoruyan ən SADƏ RESEPT
23.07.2019
Boğaz ağrısının səbələri nələrdir? - MÜALİCƏSİ
23.07.2019
4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir
23.07.2019
Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK - Səbəbləri, müalicəsi


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Xəstə olduğunuz zaman başınızı şimal tərəfə qoymayın: Şərq təbabətinin 10 SİRRİ
23 İYUL  |   17:36
Qaraciyəri qoruyan ən SADƏ RESEPT
23 İYUL  |   14:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Cavanlaşdırıcı ALMA MASKALARI. Ucuz və effektli!
23 İYUL  |   16:14
Məxmər kimi dəri üçün ƏNCİR MASKALARI
23 İYUL  |   15:43

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1354

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info