İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 AVQUST
13:00 Ləzzətli toyuqlu kökələr
12:45 Bu gün A seriyası başlayır
12:39 3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
12:27 Təmiz və hamar dəri üçün ZƏY MASKASI
12:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:00 Mozaika muzeyini rekord sayda insan ziyarət edib
11:47 Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
11:38 Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
11:24 Ürək-damar sistemi xəstəliklərindən qoruyan MÖCÜZƏVİ BİTKİ
11:13 DÇ-2022 Bakıda
10:44 Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
10:35 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (77001)
2 PRESS-ANONS (34449)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30020)
4 Banan qabığı təbii məlhəmdir (28827)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24916)
Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir
Tarix: 26.07 | Saat: 10:35 | E-mail | Çapa göndər

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.
Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.
Milli Yaylaq Festivalı şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarət olacaq.
Mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək.
Tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.
Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq.
Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılacaq.
Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.
Festival iyulun 28-dək davam edəcək.

Xəbər 171 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

24.08.2019
Atəşkəs pozulub
23.08.2019
Atəşkəs pozulub
22.08.2019
Atəşkəs pozulub
21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

26 AVQUST
11:00 PRESS-ANONS
26 Avqust Anons 2019
14:00 PRESS-ANONS
26 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
24 AVQUST  |   11:47
Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
24 AVQUST  |   11:38

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli toyuqlu kökələr
24 AVQUST  |   13:00
3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
24 AVQUST  |   12:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info