İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93521)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33007)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31883)
5 Banan qabığı təbii məlhəmdir (29957)
Günün qoroskopu
Tarix: 27.07 | Saat: 10:27 | E-mail | Çapa göndər

Qoç - gün uğur və irəliləyiş vəd edir. Nikbin əhval-ruhiyyə müvəffəqiyyətlərin rəhnidir. Fikirləriniz dağınıq olmasın. Bütün diqqəti əsas hədəfə yönəldin.
Səyahətə və ya məzuniyyətə yollanmaq olar.
Günün ikinci yarısında alacağınız məlumatlar sayəsində cari proseslərlə bağlı informasiyalarınızı artırın. Gəlir mənbələrinizi saf-çürük edin. Axşam saatlarındakı tanışlıqlar uğur vəd edir.
İşgüzar fəaliyyətlə şəxsi münasibətləri qarışdırmayın.

Buğa - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə, əsasən, enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

Əkizlər - sayıq, ehtiyatlı olun. Ətrafınızda baş verən proseslərdən agah olun. Adət və ənənələrə xilaf çıxmayın. Planlarınızla məqsədləriniz barədə yaxşı tanımadığınız insanlara danışmayın. Təfsilatlar sirr qalmalıdır.
Günün ikinci yarısında çalışdığınız kollektivdə mühit pozula bilər. İşgüzar nüfuzunuza və imicinizə xələl gətirəcək addımlar atmayın. Şəxsi münasibətlərdə irəliləyiş perspektivləri var. Əlaqələri keyfiyyətcə yeni səviyyəyə çıxara bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızı möhkəmləndirmək şansını əldən verməyin.
Axşam saatlarını özünüzə həsr edin.

Xərçəng - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz.
Romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz.

Şir - günün ilk yarısından etibarən sərbəst, asudə çalışın. İndiyədək həll edə bilmədiyiniz problemlər, sizi təqib edən çətinliklər bir qədər səngiyəcək. Yarımçıq prosesin məntiqi sonluğunu görməyə can atın.
Günün ikinci yarısında karyeranızda yeni perspektivlər yaranır. Gəlir mənbələrinin sayını artırmaq barədə düşünün. Fikrinizi açıq söyləməkdən çəkinməyin. Parlaq, cəsur, fəal insan olun.
Axşam saatlarında yeni faydalı əlaqələr yaratmaq, həmfikirlərdən dəstək almaq olar.

Qız - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.

Tərəzi - günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişlidir. Yeni informasiya, biliklər və təcrübə əldə edəcəksiniz. Fəaliyyətinizdə müsbət emosiyalar olacaq.
Günün ikinci yarısında alacağınız məlumatları yoxlayın. Qəfil tanışlıq istisna deyil. Köhnə dostlardan biri özünü xatırladacaq.
Kinli insanın maskasının yırtılacağı anı gözləməyin. Beləsindən uzaq durun.
Axşam saatlarında şəhərdən kənara yollanın.

Əqrəb - uğurlarınız qarşınıza qoyduğunuz məqsədlərin ciddiliyindən asılıdır. Qətiyyətli olun, kiçik problemlərə aldanaraq ruhdan düşməyin. Maneələr və sədlər sizi yoldan sapdırmamalıdır.
Planlarınızda təftiş apara bilərisiniz.
Günün ikinci yarısında böyük məbləğdə maliyyə vəsaiti ilə risk etməyin. Maddi durumunuzun stabilliyi illüzor gəlirlər imkanlarından daha üstündür.
Şəxsi münasibətlərdə uğur əldə edəcəksiniz. Yaxınlarınızdan biri planlarınızla maraqlanacaq.

Oxatan - əqidənizə xəyanət etməyin. Prinsiplərinizi unudaraq ani gəlir vəd edən işlərə qatılmayın. Təcrübənizi və biliklərinizi yaradıcı şəkildə nümayiş etdirin. Yeni layihə çərçivəsində müstəqil çalışın. Kənardan yardım gözləməyin.
Aylardan bəri sizi narahat edən məsələni günün ikinci yarısında həll edə biləcəksiniz. Yaxınlarınızla söhbət eyninizi açacaq, əhvalınızı yaxşılaşdıracaq.
Axşam saatlarında qayğıları unudun.

Oğlaq - mövcud situasiyaya bir qədər fərqli baxın. Problemlər məngənəsində olduğunuzu düşünüb bədbinliyə qapılmayın. Çətinliklərin həlli prosesində alternativ vasitələri sınayın.
Günün ikinci yarısında başqalarının işlərini yerinə yetirməyə çalışmayın. Belədə daha sürətlə irəliləyə biləcəksiniz. Yalnız yaxşı bildiyiniz məsələlərlə bağlı fikir yürüdün. Axşam saatları ünsiyyət üçün münasibdir.
Səmimi, qayğıkeş olun.

Dolça - uğurlu, asan və rahat gündür. Gücünüz artacaq, özünüzü daha potensiallı hiss edəcəksiniz. Qarşılaşdığınız problemləri çözə biləcəksiniz. Texniki avadanlıq, yaxud vasitələrinizdən birini yeniləyə bilərsiniz.
Günün ikici yarısı qrup, kollektiv tərkibində işləmək üçün faydalıdır. Yeni layihəyə qatıla bilərsiniz. Yeni dostlar, həmfikirlər və şəriklər qazana bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.

Balıqlar - günün ilk yarısından hadisələr sürətlənəcək. Cari işləri diqqətlə yerinə yetirsəniz, xeyli irəliləyə bilərsiniz. Bununla yanaşı, məntiqli davranın. Soyuqqanlı olun.
Günün ikinci yarısında sənədlər və hesablamalarla iş zamanı sayıq olun. Ciddi səhvlərə yol verməyin. Nəqliyyatda ətrafınıza diqqətlə nəzər salın.
Psixoloji cəhətdən səbatlı insan təsiri bağışlayın. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa can atın.
Axşam saatlarında yumor hissi sizə yeni tanışlar əldə etməyə imkan verəcək.

Xəbər 533 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

29.11.2019
Günün qoroskopu
25.11.2019
Günün qoroskopu
22.11.2019
Günün qoroskopu
20.11.2019
Günün qoroskopu
19.11.2019
Günün qoroskopu


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info