"Real"ın zədəli futbolçusu Marko Asensio əməliyyat olunub.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. İspan yarımmüdafiəçinin növbəti mövsümü buraxacağı gözlənilir.
Qeyd edək ki, M.Asensio Beynəlxalq Çempionlar kubokunda "Arsenal"la matçda zədələnib. Tibbi müayinədən keçən 23 yaşlı oyunçunun sol diz ön çarpaz bağlarının qopduğu aşkarlanmışdı.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info