Siyəzən rayonunda səkkiz nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. “Opel” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan dördü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Dörd nəfərin müalicəsi isə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info