İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93073)
2 PRESS-ANONS (34991)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32858)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31659)
5 Banan qabığı təbii məlhəmdir (29916)
Stomatologiyanın tarixi
Tarix: 30.08 | Saat: 14:23 | E-mail | Çapa göndər

İnsanların, dişlərinin qayğısına qalması hələ lap qədim zamanlara təsadüf etməsinə baxmayaraq, dişlərə qulluq, əsasən gigiyenik məqsəd deyil, daha çox kosmetik məqsəd daşıyırdı.
Antik təbabətdə bir çox reseptlər hazırlanırdı ki, onların tərkibinə bitkilərin külü, toz şəklinə salınmış daşlar, bal hopdurulmuş şüşə, yun və s. daxil edilirdi. Dişləri daşla, heyvanların dişləri və dırnaqları ilə təmizləyirdilər.
Bəzi yerlərdə hətta indiyə kimi qətranın köməyi ilə dişlərin ağlığına nail olurlar. Yeni Qvineya və Solomon adalarında bizim işlətdiyimiz diş tozuna bənzər vasitələrdən istifadə edirdilər. Şərqi-Afrika tayfaları taxta diş təmizləyicilərindən istifadə edərək dişləri yeməkdən sonra təmizləyirdilər.
Orta əsrlərdə ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək üçün diş eliksirləri yaranır. Onlar arasında ən uzun ömürlüsü benediktlilərin diş eleksiri oldu. Hələ XX əsrin əvvəllərində onu «Müqəddəs Benedikt atalarının diş təmizləyən eliksiri» adlandırırdılar. Bu vasitə 1373-cü ildə Benedikt monaxı Burso tərəfindən kəşf olunmuşdu.
Tarixi məlumatlara əsasən, rəsmi olaraq stomatologiyanın tarixi 1700-cü ildən başlayır.
Əslində isə xəstə dişlər lap qədim dövrlərdə də müxtəlif üsullarla müalicə edilirmiş. Belə ki, qədim yunan papirusları üzərində xəstə dişlərin müalicəsi haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim Romada xəstə dişlərin müalicəsi zamanı xüsusi burğulardan, deşici alətlərdən istifadə edilirmiş.
Misirdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvələ məxsus olan alt çənə dişləri tapılmışdır. Bu dişlər bir-birinə qızıldan duzəldilmiş tağlarla bərkidilmiş halda idi. Bu da onu göstərir ki, eramızdan əvvəl də insanlar dişlərin problemlərini aradan qaldırmaq üçün çox ciddi çalışmışlar.
Diş müalicəsi XVII əsrdən başlayaraq ilk dəfə Fransada tibbə daxil edilmiş və tibbin bir sahəsi kimi fəaliyyət göstərmişdir. 1700–cü ildə Fransanın kralının xüsusi sərəncamına əsasən, tibbdə yeni bir sahə və yeni bir peşə müəyyənləşdirilmişdir. Bu peşənin sahibləri “cərrah – dantist” adlandırılırdı.
Elə təxmini bu dövrlər idi ki,dişlərin gigiyenası sahəsində də böyük nailiyyətlər əldə olunurdu.
Diş gigiyenik vasitələrinin əsasını qoyanlardan biri – mikroblar aləmini kəşf edən hollandiyalı Antoni Van Levenhuk sayılır. O, təsadüfən, hazırladığı sadə mikroskoplardan birinin vasitəsilə dişlər üzərində sıx yerləşmiş energetik hərəkətdə olan canlılır görür. Və o, duzlu dəsmalla dişlərini sildikdən sonra, növbəti mikroskop linzasının altındaki müşahidələrində dişlərin üzərində artıq əvvəlki mikrobları görmür. Alim, şəxsi təcrbəsinə əsaslanaraq, duzla dişlərini təmizləməyi məsləhət görmüşdü. Lakin onuda qeyd etmək lazımdır ki, duz ağızda xoşagəlməz dad yaradır. Bundan əlavə, duz dişin mina qatını cızaraq üstünü nahamar edir ki,bu da dişin üzərinə ərpin yığılması üçün əlverişli şərait yaradır.Təbii ki,bu zaman diş tez-tez fırçalanmağına rəğmən, həm saralmağa həm də çürüməyə meyilli olar.
Uyğun materiallar axtarışına təxminən 200 il vaxt sərf olunmuşdur. Nəticədə ən yaxşısı kimi təbaşir seçilmişdir. Təbaşir diş tozu qismində istifadə edilirdi. Lakin, 20-ci illərdə təsadüfən Parisdə aşkar olunur ki, o, stomatitin səbəblərindən biri ola bilər. Bu zaman diş məcunları üzərində işlərə başlandı.
Əvvəlcə jele tərkibli maddə kimi nişastadan istifadə olunurdu. Ondan qliserinin sulu məhlulunda xüsusi yapışqan hazırlanırdı. Müasir pastalarda nişasta təbaşirin suspenziyasını stabilləşdirən üzvi turşuların natrium duzu ilə əvəz olunur. Diş pastalarının digər komponentləri – mentol, efir yağları (məsələn, cirə, sitrus meyvələri), antiseptiklər və digər əlavələr sonuncunun müxtəlif istiqamətlərdə təsirini gücləndirməkdədir.
XIX əsrin 20-ci illərinə qədər dişləri fırça əvəzinə dəsmalla təmizləyirdilər. İlk diş fırçasının forması indikilərdən fərqlənirdi: onun fırçası hər 2 ucunda yerləşirdi, mərkəzi hissədən isə tutmaq lazım gəlirdi. 100 il keçdikdən sonra, yəni 1929-cu ildə amerikalı F.Şixt elektrik fırçalarını patentləşdirdi.
Yeri gəlmişkən,ilk diş həkimləri etrusklar (İtaliya ərazisində yaşamış qədim xalq) hesab olunur. Onlar dişləri müalicə edə, yeniləri ilə əvəzləyə bilirdilər. Ən qədim diş burğusunun 9000-ə yaxın yaşı var o, Pakistan qəbiristanlığında tapılmışdır.
Müasir anlamda olan stomatologiya isə 1920-ci illərdən başlayaraq diş həkimliyi, ümumi cərrahlığın “çənə və üz quruluşunun cərrahiyyəsi” bölməsi kimi fəaliyyət göstərməyə başlamışdır. Sonralar “diş müalicəsi və cərrahiyyəsi” sahəsi inkişaf etdirilərək, — “stomatologiya” adlandırılmışdır.
Hal hazırki dövrümüzdə stomatologiya tibbin ən inkişaf etmiş və hələ də inkişaf yolunda çoxsaylı inqilablar edən sahələrindən biri hesab edilir.
portal.azertag.az

Xəbər 311 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
“Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
02.12.2019
Marsda “suvuran” qüllələr aşkar edilib
02.12.2019
Maraqlı faktlar
02.12.2019
Özü özünü təmizləyən beton
02.12.2019
Ən qədim şahmat fiquru tapılıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info