İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 SENTYABR
16:49 Kartof maskası ilə köhnəlmiş dərinizi yeniləyin
16:35 “Adam evində ayaqqabı ilə oturur?“
16:24 Afət Fərmanqızıdan etiraf: “Bir dəfə toydan gecə 2-də gəldim, məni döydü...“
16:16 Avropa Liqasında qrup mərhələsi başlayır
16:00 Nanənin Üzeyir Mehdizadə ilə olan bu görüntüləri rekord qırır
15:44 Azərbaycanda radio sahəsində ilk
15:31 ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd
15:23 Saç əkdirən əməkdar artist tanınmaz dərəcədə dəyişdi...
15:14 Sızanaqlar Üçün “Bal və Darçın“ Maskası
15:00 Sarıkök maskası ilə sızanaqlardan xilas olun
14:49 “Real“ son 10 ildə ilk dəfə...
14:31 Millimizin mövqeyi açıqlandı - yeni reytinq
14:24 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:12 Diş ağrısına təbii dərman
14:00 “Sabah“da yeni baş məşqçi
13:46 Qara gavalı yemək üçün 10 səbəb
13:38 Yerkökünün faydası
13:29 Varikozdan qorunmaq üçün bunları yeyin!
13:15 Sızanaqları müalicə edən GÜCLÜ MAZ. Özünüz hazırlayın. RESEPT
13:00 Multivitamin bitki
12:48 Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi
12:35 Tətildən sonra iş
12:28 Səssizlik sinirləri və ürəyi müalicə edir
12:11 “Qarabağ“ “Sevilya“ya qarşı - Yenilənir
10:26 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
18 SENTYABR
18:00 Ev şəraitində yağlı saçlara qarşı maska
17:48 Quru dərilər üçün 5 təbii qida
17:39 Alındakı mimik qırışlardan belə xilas olun
17:28 Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska
17:15 Şaftalının saymaqla bitməyən faydaları
17:00 Yaşıl almanın bilmədiyiniz FAYDALARI
16:49 Püstənin faydalı xüsusiyyətləri
16:35 İnnabın faydaları
16:25 Nar şirəsinin möcüzəvi faydaları
16:14 100-dən artıq xəstəliyin çarəsi
16:00 Xiyarın bilmədiyiniz faydaları
15:46 Premyer Liqamızda 4-cü turun rəmzi komandası
15:32 Beqoviç turun ən yaxşısı oldu

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81082)
2 PRESS-ANONS (34615)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30555)
4 Banan qabığı təbii məlhəmdir (29083)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26586)
Günün qoroskopu
Tarix: 05.09 | Saat: 10:27 | E-mail | Çapa göndər

Qoç - Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz.
Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə olunur.

Buğa - Bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək.
Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər.

Əkizlər - Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər.
Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək istəyəcəklər.

Xərçəng - Bütün vacib işlərinizi günün birinci yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir.
Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa doğru dəyişəcək.

Şir - Ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər.
Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz.

Qız - Günün birinci yarısı işlə məşğul olmaq üçün əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər.
Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə saxlayırsınız.

Tərəzi - Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər.
Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur.

Əqrəb - Bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər.
Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.

Oxatan - Bu gün özünüz haqda daha çox düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür.
Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq.

Oğlaq - İnsanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir.
Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər.

Dolça - Uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin.
İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar.

Balıqlar - Həyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar.
Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur.

Xəbər 98 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.09.2019
Günün qoroskopu
18.09.2019
Günün qoroskopu
17.09.2019
Günün qoroskopu
16.09.2019
Günün qoroskopu
14.09.2019
Günün qoroskopu


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Diş ağrısına təbii dərman
19 SENTYABR  |   14:12
Qara gavalı yemək üçün 10 səbəb
19 SENTYABR  |   13:46

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kartof maskası ilə köhnəlmiş dərinizi yeniləyin
19 SENTYABR  |   16:49
Sızanaqlar Üçün “Bal və Darçın“ Maskası
19 SENTYABR  |   15:14

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info