İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

15 OKTYABR
18:00 Yupiter böyüklüyündə “yad” planet kəşf olunub
17:48 Zehni gücləndirən FAYDALI QİDALAR
17:37 Nar qabığının MİN BİR FAYDASI
17:22 Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları
17:12 Boğaz ağrısı və öskürəyi dərhal kəsən üsul - XALQ TƏBABƏTİ
17:00 “Mən rekord axtarmıram, onlar özləri məni tapır“ - Ronaldo
16:48 Dilarə də aparıcılıq edəcək
16:33 Anar Ağakişiyev da ölkəni tərk edir: “Bitdi”
16:21 “Heç bir ifaçı ilə eyni verilişə çıxmaq istəmirəm“ — Elnarədən AÇIQLAMA
16:14 Türkiyədə müalicə alan Xalq artistimiz Bakıya qayıtdı
16:00 Tərkibi vitamin və minerallarla zəngin olan pərpətöyün sağlamlıq üçün çox faydalıdır
15:44 Ləzzətli “Küncütlü kartof“ salatını belə hazırlayın
15:36 Kivi mürəbbəsi - qeyri-adi dad
15:27 Saç tökülməsinə qarşı ayı pəncəsi yağı ilə maska
15:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
14:47 Dırnaqllara qulluq
14:39 Üz üçün maska
14:28 Ev şəraitində saçların uzanması üçün şampun hazırlanması
14:13 Lavaşdan alma ilə pirojki
14:00 Dişlərin saralmasının 5 SƏBƏBİ
13:45 NASA kosmosa ilk dəfə hamısı qadınlardan ibarət qrup yollayacaq
13:32 Marsa kiçik süni peyklər göndəriləcək
13:23 SpaceX NASA ilə birlikdə BKS-ə ilk özəl uçuş reysininin tarixini elan etdi
13:14 ABŞ-da sualtı kitabxana açılıb
13:00 Ronaldodan 700-cü qol
12:47 “Maşın“ın finalçıları bəlli oldu
12:39 Depressiya Altsheymer riskini ikiqat artırır
12:29 Ədviyyatların müalicəvi xüsusiyyətləri
12:14 “Avro–2020”: Ukrayna Portuqaliyanı, İngiltərə isə Bolqarıstanı məğlub edib
14 OKTYABR
18:00 Üz üçün 5 ən yaxşı maska
17:44 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
17:33 Astronomlar nəhəng planet kəşf etdi
17:24 Ağardıcı düyü maskası
17:14 Qırışlara qarşı 3 effektli maska
17:05 Qədim yeraltı qitələrin sirri açıldı
17:00 Dərin qırışlar üçün maska
16:47 Saçlar üçün yumurta maskası
16:39 Bədən üçün skrab
16:23 Təmiz və parlaq dəri üçün maska

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85428)
2 PRESS-ANONS (34735)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31301)
4 Banan qabığı təbii məlhəmdir (29405)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28691)
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
Tarix: 02.10 | Saat: 17:07 | E-mail | Çapa göndər

Elm adamları 66 milyon il əvvəl yaşanan və dinozavrların, eləcə də canlıların 75 faizinin məhvinə səbəb olan nəhəng bir meteoritin planetimizlə toqquşmasının izlərini daşıyan qaya nümunələri ilə Yer kürəsinin ən “qaranlıq günlərindən” birini aydınlığa çıxarıblar.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Texas Universitetinin rəhbərliyi ilə tədqiqat aparan qrup Meksika körfəzinin dərinliklərindəki qayalardan qazma yolu ilə çıxarılan 130 metrlik bir hissənin tərkibindəki qalıqları araşdırıb.
Dinozavrların bu meteorit zərbəsi nəticəsində məhv olduğu və məməlilərin inkişafa başladığı məlumdur. Meteorit toqquşmasının təsirinin İkinci Dünya müharibəsində atılan atom bombasının effektindən 10 milyard qat çox olduğu təxmin edilir. Meteorit Meksikanın Yukatan yarımadasına düşüb və ölçüsü 200 kilometr olan bir krater meydana gətirib. Toqquşmanın nəhəng bir sunami və hətta 1500 kilometr məsafədə yanğınlara səbəb olduğu bilinir. Geoloqlar meteoritin düşməsindən sonra yaranan Çiksulub kraterini 1991-ci ildə kəşf ediblər.
On iki kilometr diametrə malik meteoritin Yer kürəsi ilə toqquşması nəticəsində ölçüsü 100 və dərinliyi 30 kilometr olan bir çuxur meydana gətirib. Sonradan bu çuxurun yan tərəflərinin çökməsi ilə kraterin ölçüsü 200 kilometrə qədər artıb və dərinliyi bir neçə kilometr azalıb. Hazırda kraterin böyük bir qismi dənizin 600 metr dərinliyində qalıqların altındadır. Quruda qalan qismi isə əhəngdaşı ilə örtülmüş bir haldadır. Lakin kənarlarında yaranan karstların meydana gətirdiyi qövslər krateri bəlli edir. 2016-cı ildə ingilis və amerikalı tədqiqatçıların rəhbərlik etdiyi bir qrup həftələrlə həmin kraterdə qazma işləri aparıb.
Komanda bu günə qədər kraterin Çiksulub limanındakı ən yaxşı vəziyyətdə qalan ərazilərindən birində apardığı qazma işləri zamanı 66 milyon illik izləri daşıyan uzun bir qaya nümunəsi çıxarıb. Onun 130 metrlik hissəsi geoloqların Kaynazoy erası (Məməlilər dövrü) adlandırdıqları dövrün ilk gününə aid olan qalıqları özündə saxlayır.
Elm adamları aşkarlanın hissənin tərkibinə nəzərən meteorit düşməsindən sonra baş verənlər haqqında daha ətraflı məlumat əldə edəcəklərini deyiblər. 130 metrlik hissənin altdakı 20 metri tərkibində şüşəyəbənzər tullantılar saxlayır. Bu hissə zərbədən sonrakı saniyə və dəqiqə ərzində kraterin dibinə yayılmış və toqquşma nəticəsində yaranan istilik və təzyiqlə əriyən qayadan ibarətdir. Hissənin ən üst təbəqəsində isə toqquşmadan sonra yaranan sunaminin izləri var. Alimlər toqquşmanın nəhəng dalğalar əmələ gətirdiyini və onların kraterdən yüzlərlə kilometr uzaqlara qədər çatdığına inanır. Ancaq gedən dalğalar geri qayıdanda həmin bölgələrdən tullantılar da gətirib. 130 metrlik hissənin ən üst qatını da məhz onlar təşkil edir. Texas Universitetinin professoru Sean Qulik bütün bunların toqquşmanın ilk günündə baş verdiyini deyir. Bununla yanaşı, üst qatdakı qalıqlar torpaq izləri və toqquşmadan sonra baş verən yanğınların qalığı olaraq kömür də ehtiva edir.
Maraqlısı odur ki, 130 metrlik hissənin heç bir yerində kükürdə rast gəlinməyib. Ancaq meteorit təxminən yarısı kükürd tərkibli minerallardan ibarət olan dəniz dibinə dəyməli idi. Həmin kükürdün xaric edildiyi və ya buxarlandığı təxmin edilir. Bu isə dinozavrların yox olması ilə əlaqədar geniş yayılmış mülahizəni dəstəkləmiş olur.
Belə ki, su ilə qarışan və səmaya yüksələn bu qədər kükürdün iqlimin soyumasına səbəb olduğu və bitki və heyvanların yaşamasını çətinləşdirdiyi təxmin edilir.
Professor Sean Qulikin dediyinə görə, 100 giqaton kükürdün atmosferə daxil olması havanın temperaturunun 25°C enməsinə səbəb olur və belə vəziyyət ən azı 15 il davam edir. Bu isə dünyanın bir çox bölgəsində havanın temperaturunun donma dərəcəsindən də aşağı olması deməkdir. Professor meteorit düşməsindən sonra atmosferə 325 giqaton kükürdün daxil olduğunu qeyd edib. Uzun illər ekstremal vəziyyətə çatan həmin iqlim dəyişikliyi dinozavrların sonu olub və məməlilər bu vəziyyətdə sağ qalıblar.

Xəbər 96 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

15.10.2019
Yupiter böyüklüyündə “yad” planet kəşf olunub
15.10.2019
NASA kosmosa ilk dəfə hamısı qadınlardan ibarət qrup yollayacaq
15.10.2019
Marsa kiçik süni peyklər göndəriləcək
15.10.2019
SpaceX NASA ilə birlikdə BKS-ə ilk özəl uçuş reysininin tarixini elan etdi
15.10.2019
ABŞ-da sualtı kitabxana açılıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

16 OKTYABR
11:00 PRESS-ANONS
16 Oktyabr Anons 2019
11:00 PRESS-ANONS
16 Oktyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Zehni gücləndirən FAYDALI QİDALAR
15 OKTYABR  |   17:48
Nar qabığının MİN BİR FAYDASI
15 OKTYABR  |   17:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli “Küncütlü kartof“ salatını belə hazırlayın
15 OKTYABR  |   15:44
Kivi mürəbbəsi - qeyri-adi dad
15 OKTYABR  |   15:36

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1362

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info