Şəkidə 37 yaşlı qadın intihara cəhd edib
Şəkidə 37 yaşlı qadın intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1978-ci ildə Laçın rayonunda anadan olan, hazırda Şəkinin Çələbixan qəsəbəsində məskunlaşan məcburi köçkün Vəsilə Ulis qızı Quliyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 37 yaşlı Vəsilə Quliyeva intihar etmək məqsədilə gəmiriciləri məhv etmək üçün istifadə olunan zəhər qəbul edib. Vəsilə Quliyevaya xəstəxanada lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1200 dəfə oxundu.