“Özümü saxlayan lazımdır, ay camaat“
Müğənni Mətanət Əsədova Novruzun səməni elçisi olub. Milli.Az ATV.az-a istinadən məlumat verir ki, "Səs verməyin" verilişində qonaq olan ifaçı fərqli təqdimatı ilə həm özü doyunca gülüb, həm də ki, hər kəsi güldürüb: "Səməni, saxla məni, ildə göyərdərəm səni. Mənim özümü saxlayan lazım, ay camaat. Mən heç kimi saxlaya bilmərəm. Mənə belə boş-boş vədlər verməyin. Soğan olsun, nağd olsun. Nə gözəl sözlər yazılıb ünvanıma. Elə bil ürəyimdən xəbər verir".

Xəbər 1784 dəfə oxundu.