Faiq Ağayev: “Biz ittiham etmirik“
Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə oxuyacaqları duetin təxirə düşmə səbəblərini açıqlayıb. Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında ifaçı Elçin Cəfərovun onlar üçün yazdığı bəstəni bəyənmədiklərini etiraf edib: “Mahnı bizi qane etmədi. Öz-özlüyündə yaxşı mahnı idi. Bəstəni Rəhim Rəhimli oxudu (“Bir zamanlar” - red.). Amma Aygünlə mənim mövzum deyildi. Aygünlə birlikdə mahnının müəllifi ilə məsləhətləşdik. İttiham etmək yox, yol göstərmək lazım idi. Biz ittiham etmirik. Mən kiminsə arxasınca danışa bilmərəm ki, ay, qatarı getdi. Sözünü demiş, gənc bəstəkarlar arasında yetərincə hit mahnılar yazanları var. Yaxşı mahnı olsa, duet oxuyarıq. Məhəbbətdən, həyat təcrübəsi olan iki insandan bəhs edən bəstə ola bilər”.

Xəbər 1506 dəfə oxundu.