Tovuzda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
Tovuzda 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlibəyli kəndinə gedən yolda qeydə alınıb. “VAZ2106” markalı avtomobil hərəkətdə olarkən “Mercedes Sprinter” markalı mikroavtobusa çırpılıb. Qəza zamanı “VAZ2106” da olan 3 nəfər, 1952-ci il təvəllüdlü Ələsgər Hümbətov, 1983-cü il təvəllüdlü Ramin Hümbətov və 1983-cü il təvəllüdlü Elvin Hacıyev ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanaların birinə aparılıb.

Xəbər 1361 dəfə oxundu.