Atəşkəs pozulub
Ermənistan silahlı qüvvələri Goranboyun Gülüstan, Tapqaraqoyunlu, Tərtərin Çiləbürt, Göyarx, Ağdamın Şıxlar, Şuraabad, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavəndin Kuropatkino, Füzulinin Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayılın Mehdili kəndləri yaxınlığında, yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xəbər 1479 dəfə oxundu.