Salyanda 7 yaşlı qız yıxılaraq ağır xəsarət alıb
Salyan rayonunda azyaşlı xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Vüsalə Vüqar qızı Əlizadə valideynlərinin gözündən yayınaraq üzüm dərmək istəyərkən yıxılıb. Ağır xəsarət alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağın vəziyyəti ağır olduğundan dərhal Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Xəbər 1460 dəfə oxundu.