Puşkin küçəsinin və Bül-bül prospektinin bir hissəsi təmirə bağlanıb
Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı "Baku City Circuit" (BCC) gələn il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. BCC-dən "APA-Economics"ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Bu gündən etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov və Xəqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanıb. Bundan əlavə, Bül-bül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil. Xəqani küçəsinin Rəşid Behbudov və Azadlıq prospekti ilə kəsişmələrində dekabr ayının 2-dən başlayan təmir işləri artıq başa çatıb. Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbər 1056 dəfə oxundu.