ABŞ Maliyyə Nazirliyi: İŞİD neftin böyük hissəsini Əsəd hökumətinə satır
"İŞİD neft qaçaqmalçılığından 500 milyon dollar gəlir əldə edib. Bunun böyük hissəsi Bəşər Əsəd hökuməti tərəfindən satın alınıb". APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin Londonda "Chatham House"da çıxış edərkən deyib. O, terrorçuların neft satışından ayda 40 milyon dollar gəlir əldə etdiyini söyləyib. A. Şubin bildirib ki, neftin bir hissəsi İŞİD-in nəzarət etdiyi ərazilərdə qalır, bir hissəsi Suriya kürdlərinə çatır və az bir hissəsi də Türkiyəyə gedir: "İŞİD neftin böyük hissəsini Əsəd rejiminə satır. Onlar bir-birini məhv etməyə çalışırlar, eyni zamanda milyonlarla dollarlıq alverdə iştirak edirlər".

Xəbər 1120 dəfə oxundu.