Astarada yaşayış evi yanıb
Bu gecə Astara rayonu, Seləkəran kəndində (rayon mərkəzindən 5 km aralı) 1960-cı il təvəllüdlü Məhərrəməli İsa oğlu Rzayevə məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 80 kv.m sahədə və dam örtüyü 105 kv.m sahədə yanıb. APA-nın cənub bürosunun xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 890 dəfə oxundu.