Ağdamda baş verən avtomobil qəzasında 2 nəfər xəsarət alıb
Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ müxbiri xəbər verir ki, Şıxıyev Əyyam Şöhlət oğlunun idarə etdiyi 90 MP 465 dövlət nömrə-nişanlı, “VAZ 21015” markalı avtomobil 59 BE 618 nömrə-nişanlı “VAZ 2106” markalı maşınla toqquşandan sonra elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü, 1950-ci il təvəllüdlü Ə. Şıxıyev və sərnişin, 1956-cı il təvəllüdlü Süleymanov Akif İnqilab oğlu xəsarət alaraq, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional idarəsinin xilasediciləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1070 dəfə oxundu.