Cəlilabadda 7 yaşlı uşaq yelləncəkdən yıxılaraq ölüb
Cəlilabadda azyaşlı uşaq faciəli şəkildə ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 11-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Qurbanov həyətində yelləncəkdən yıxılması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1441 dəfə oxundu.